E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   İctimai şura LDU-da imtahanların gedişini izlədi.

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə yaradılan ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri- şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, bu gün universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.

İctima şuranın üzvləri məramlarına uyğun olaraq imtahan keçirilən auditoriyalara baş çəkərək imtahan prosesinin gedişi ilə əyani tanış olublar.

Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb, Operativ Qərargahın işi barədə ətraflı məlumat verilib.

LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan əsaslı yenidənqurma işləri , imtahanların gedişi , imtahan vermiş tələbələrlə söhbətdən sonra şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını əminliklə bildiriblər.

Qeyd edək ki, İctimai şuranın üzvləri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi , fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Qulaməli Balaşov da imtahan sessiyasının gedişini izləyib. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə LDU arasında 2016-cı ildə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, Lənkəran Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi”,”ibtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun atesstasiyalarda (imtahanlarda) ADPU-nun professor-müəllim heyətinin iştirakı LDU tərəfindən təmin edilir.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube