E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   İctimai şura LDU-da sessiyanın son günündə imtahanların gedişini izlədi.

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bu gün başa çatır. LDU-da yaradılan İctimai şuranın üzvləri- şuranın sədri Sərhad Məmmədov başda olmaqla ,universitetin hər iki tədris korpusuna baş çəkərək imtahan prosesinin gedişi ilə bir daha əyani tanış olublar.

Şura üzvlərinə imtahanların gedişi barədə ətraflı məlumat verilib, onlara prosesi İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb.

LDU-da imtahan sessiyasının gedişi ilə əyani tanışlıq , imtahan vermiş tələbələrlə söhbətdən sonra şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını , neqativ hallar barədə onlara hər hansı məlumatın daxil olmadığını bildirərək universitet rəhbərliyinə yaradılan şəraitə, obyektivliyin təmin olunmasına görə minnətdarlıq bildiriblər.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını İctimai şuranın üzvləri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimləri də izləyiblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə LDU arasında 2016-cı ildə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, Lənkəran Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi”,”ibtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun atesstasiyalarda (imtahanlarda) ADPU-nun professor-müəllim heyətinin iştirakı LDU tərəfindən təmin edilir.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube