E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Azərbaycan İlahiyyat İnstitutunun rektoru LDU-da olub.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru , ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və sözügedən institutun bir qrup əməkdaşı Cənub bölgəsində keçiriləcək tədbirlər çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkiblər.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet,burada təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən çoxşaxəli işlərdən, əldə edilən uğurlardan danışıb.Universitet rəsmisi yeni yaradılan İlahiyyat İnstitutu ilə LDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.Səmimi və işgüzar şəraitdə keçən söhbət zamanı bu ali təhsil müəssisələri arasında əməkdaşlığın istiqamətləri müzakirə edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Cənub bölgəsində yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetində gördüklərindən məmnun olduğunu deyərək bu ali təhsil müəssisəsi ilə İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. Bu ali təhsil müəssisələri arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları,İlahiyyat İnstitutu tələbələrinin LDU-da dərslərdə iştiraklarının təmin edilməsi, Yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkilinin isqiqamətləri vəs.müzakirə edilib.

Facebook Youtube