E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Konstitusiya günü LDU-da qeyd edildi.

      12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) keçirilən tədbiri sosial məsələlər üzrə prorektor dosent Kamran Kazımov açaraq iştirakçıları universitet rəhbərliyi adından təbrik edib.

LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov bu tarixi günün mahiyyəti, həmin dövrdəki tarixi şərait barədə geniş məruzə edib.Bildirib ki,Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

M.Bayramov qeyd edib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.Məruzəçi konstitusiyanın qəbul edildiyi dövr barədə də ətraflı məlumat verib.

Məruzə ətrafında baş müəllim Eldar Məmmədov, müəllim Şahin Mehrəliyev çıxış edərək ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına edilən bir neçə əhəmiyyətli dəyişikliklər və əlavələr barədə iştirakçıları məlumatlandırıblar.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube