E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   ELAN

2019/2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinə qəbul olunmuş MAGİSTRANTLARIN NƏZƏRİNƏ!

2019/2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinin magistraturasına qəbul olunmuş tələbələr sənədlərini 2019-cu il iyunun 27-dən iyulun 10-dək, şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-dək şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı:

1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti.

2. Əvvəlki illərin məzunları üçün diplomun əsli və surəti, cari ilin məzunları üçün təhsil aldıqları ali təhsil müəssisəsindən ixtisasın tam kursunu müvəffəqiyyətlə bitirməsi haqqında arayış.

3. Hərbi sənədin (bilet və ya çağırışçı vəsiqəsi) əsli və surəti.

4. Tərcümeyi-hal (Anket forması LDU-da veriləcəkdir).

5. 4 ədəd 3×4sm ölçülü fotoşəkil (ağ fonda).

6. Sağlamlıq haqqında arayış.

7. Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi barədə qəbz (bank rekvizitləri haqqında məlumat LDU-nun mühasibatlığından ğtürülməlidir).

8. Qovluq.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar universitetin magistr tələbələri sırasına daxil edilməyəcəkdir.

Ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi - 170a, Lənkəran Dövlət Universitetinin 1 saylı tədris korpusu, Tədrisin təşkili və təlim texnologiyaları mərkəzi (otaq № 213).

Telefon: (+994) 025 255 24 17.

                                                                                                                                                        REKTORLUQ

Facebook Youtube