E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

Sosial məsələlər üzrə prorektor

1961-ci il mart ayının 8-də Lənkəran rayonun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. “N.S.Tixonov və Şərq” adlı doktorluq dissertasiyası işini bitirmişdir. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. 3 monoqrafiya, 8 proqram, 6 metodik vəsait, 60-dan çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan və digər xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdur. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanin Kursk Dövlət Texniki Universitetində, Astrxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən. beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmişdir. Elektron ünvanı: kkamran@mail.ru