E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

                                                             Azərbaycan Respublikası Təhsil Nazirliyi

                                                                      Lənkəran Dövlət Universiteti

                                                              aşağıdakı ixtisaslarda fəlsəfə doktoru

                                        proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

İxtisaslar Doktorantura Dissertantura
Kompyuter elmləri 1 yer (əyani), (büdcə hesabına) ---
Diferensial tənliklər 1 yer (qiyabi), (ödənişli əsaslarla) 1 yer, (büdcə hesabına)
Üzvi kimya 1 yer (əyani), (ödənişli əsaslarla) 1 yer, (büdcə hesabına)
Genetika --- 1 yer, (büdcə hesabına)
İnsan və heyvan fiziologiyası 1 yer (qiyabi), (ödənişli əsaslarla) 1 yer (ödənişli əsaslarla)
Mikrobiologiya 1 yer (qiyabi), (büdcə hesabına) ---
Ekologiya 1 yer (qiyabi), (ödənişli əsaslarla) 1 yer (ödənişli əsaslarla)
Torpaqşünaslıq 1 yer (əyani), (büdcə hesabına) 1 yer (ödənişli əsaslarla)
Baytarlıq elmləri 1 yer (qiyabi), (büdcə hesabına) ---
Daxili fiskal siyasət və dövlət maliyyəsi 1 yer (qiyabi), (ödənişli əsaslarla) 1 yer (ödənişli əsaslarla)
Sahə iqtisadiyyatı 1 yer (qiyabi), (büdcə hesabına) 1 yer, (büdcə hesabına)
İqtisadi coğrafiya 1 yer (əyani), (büdcə hesabına) 1 yer (qiyabi), (ödənişli əsaslarla) ---
Ümumi tarix 1 yer (qiyabi), (büdcə hesabına) 1 yer (ödənişli əsaslarla)
Vətən tarixi 1 yer (qiyabi), (ödənişli əsaslarla) 1 yer (ödənişli əsaslarla)
Azərbaycan dili 1 yer (qiyabi), (büdcə hesabına) ---
Slavyan dilləri 1 yer (qiyabi), (ödənişli əsaslarla) ---
German dilləri --- 1 yer, (büdcə hesabına)
Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik 1 yer (qiyabi), (büdcə hesabına) 1 yer (ödənişli əsaslarla)
Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid 1 yer (əyani), (ödənişli əsaslarla) ---
Azərbaycan ədəbiyyatı 1 yer (qiyabi), (ödənişli əsaslarla) ---
Dünya ədəbiyyatı --- 1 yer (ödənişli əsaslarla)
Sosial pedaqogika 1 yer (qiyabi), (büdcə hesabına) 1 yer (qiyabi), (ödənişli əsaslarla) 1 yer (ödənişli əsaslarla)

Doktorantura və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli 774s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” na uyğun olaraq aparılır.

Tələb olunan sənədlər 03 dekabr 2018-ci il tarixindən 23 dekabr 2018-ci il tarixinədək (saat 17:00-dək) şəxsən aşağıdakı ünvanda təqdim edilməlidir.

Ünvan: Lənkəran şəh. H.Aslanov xiyabanı-50, Lənkəran Dövlət Universitetinin Elm şöbəsi.

Daha ətraflı məlumat almaq üçün:

Tel: (02525) 5 25 59

www.lsu.edu.az

     Tələb olunan sənədlər

1. LDU rektorunun adına ərizə

2. Kadrların şəxsi-qeydiyyat vərəqi

3. Tərcümeyi hal

4. 2 ədəd fotoşəkil (3x4)

5. İş yerindən xasiyyətnamə (işləyənlər üçün)

6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış

7. Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat

8. Ali təhsil müəssisəsini bitirmək haqqında bakalavriat və magistratura diplomların müvafiq qaydada təsdiq edilmiş surətləri (orijinalı təqdim edilməklə)

9. Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında müvafiq şəhadətnamə (orijinalı təqdim edilməklə)

10. Şəxsiyyəti təsdiq edən sənədin surəti

11. Dissertanturaya qəbula yalnız Lənkəran Dövlət Universitetində çalışan əməkdaşlar sənəd verə bilərlər

12. MBA, EMBA proqramları üzrə magistratura səviyyəsini bitirən magistrantların müraciəti qəbul olunmayacaqdır.

    Lənkəran Dövlət Universitetində Doktoranturaya və

    Dissertanturaya keçiriləcək qəbul imtahanlarının vaxtı:

Doktoranturaya imtahanların keçirilmə tarixi aşağıdakı kimi müəyyən edilmişdir:

1. İxtisas fənni üzrə: 26 dekabr 2018-ci il

2. Xarici dil üzrə: 8 yanvar 2019-cu il

3. Fəlsəfə fənni üzrə: 11 yanvar 2019-cu il

İmtahanların keçirilmə yeri və vaxtı: LDU 2 saylı tədris korpusu, saat 14:00-da

Dissertanturaya qəbul üzrə müsabiqənin keçirilmə vaxtı və yeri aşağıdakı kimi müəyyən edilmişdir:

27 dekabr 2018-ci il, LDU inzibati binası, saat 11:00