E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Bu gün Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür.

Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində salınan Şəhidlər Xatirə Kompleksini ziyarət edib.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidlərin ruhunu ehtiramla anıb, abidə kompleksin önünə təzə-tər qərənfillər düzülüb.

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində (LDU) anım tədbiri də keçirilib.Tədbir iştirakçıları ilk öncə günahsız faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə 1990-cı ilin 20 Yanvar gecəsində baş verən qanlı hadisələri əks etdirilən videoçarx nümayiş olunub.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında 20 Yanvar tarixini faciə günü kimi yox, xalqın qanla yazılan qəhrəmanlıq salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib.

20 Yanvar faciəsinin baş vermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə və çıxışlar dinlənilib.

Facebook Youtube