E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU Türkiyə universitetləri ilə əlaqələrini genişləndirir.

Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyə Cümhuriyyətinin daha bir ali təhsil ocağı- Sinop Universiteti arasında Akademik Əməkdaşlıq Protokolu imzalanıb. Sinop Universiteti tərəfindən əməkdaşlıq protokolunu universitetin rektoru professor Nihad Dalgin,LDU tərəfindən universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıb.

İmzalanmış protokolda tərəflər arasında müəllim, tələbə və tədqiqatçıların mübadiləsi, ortaq dərəcə proqramlarının açılması, birlikdə konfrans, seminarların keçirilməsi, birgə elmi araşdırmaların və təcrübələrin aparılması, tələbələr üçün birgə təcrübə proqramlarının və yay məktəblərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ay LDU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov sözügedən universitetdə tələbə və magistrlərə 2 həftə müddətində dərs keçib və sertifikata layiq görülüb.

Facebook Youtube