E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-da maarifləndirici təlim .

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları “Gənclərin peşə hazırlığı proqramı çərçivəsində regionlardan olan gənclərlə görüş layihəsi”nin növbəti təlimini Lənkəran Dövlət Universitetinin tələbələri üçün keçiriblər.

Tədbiri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov açıb və təlimin məqsədini açıqlayıb.

Mərkəzin iqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev iştirakçılara ilk öncə Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. Tədris mərkəzinin işini əks etdirən videoçarxın nümayişindən sonra Anar Mirzəyev ölkənin vergi siyasəti, bu sahədə olan yenilklər barədə danışıb, gənclərin vergi savadlılığının artırılmasını, gələcəkdə vicdanlı vergi ödəyicilərinin yetişdirilməsini təlimin əsas məqsədi kimi vurğulayıb.

Vergilər Nazirliyinin əməkdaşı, mərkəzin müəllimi Orxan Balayev “Biznesə necə başlamalı, biznesdə vergi münasibətləri”mövzusunda təqdimat edib.Təqdimat videoçarxla müşayət olunub.

Sonda tələbələri maraqlandıran suallalr cavablandırılıb.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube