E-mail: office@lsu.edu.az | Tel: : +25 - 25 -5-17-97 | Ünvan : xəritə  |         

     + Xəbərlər

LDU AMEA-nın Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edəcək.

Lənkəran Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanılıb. Müqaviləni LDU-nin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və AMEA-nın Mikrobiologiya İnstitututunun direktoru akademik Məmməd Salmanov imzalamışlar... (Ətraflı)



LDU-da Milli Dirçəliş Günü təntənəsi.

Lənkəran Dövlət Universitetində xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə musiqili-nəğməli bayram tədbiri keçirilib... (Ətraflı)



Lənkəran Dövlət Universitetində olimpiada

Lənkəran Dövlət Universitetində ilk dəfə olaraq ingilis dilindən fənn olimpiadası keçirilib. Universitet üzrə keçirilən olimpiadaya müxtəlif fakültə və ixtisaslarda təhsil alan tələbələr qatılıb. 4 variantda keçirilən o olimpiadada iştirakçılara 5 sual təqdim olunub... (Ətraflı)



Bayraq bayramı

Lənkəran Dövlət Universitetinin təşəbbüsü ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən möhtəşəm bayram yürüşündə universitetin professor-müəllim-tələbə heyəti ilə yanaşı, Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri də iştirak ediblər...



Ləkəran Dövlət Universitetində elmi təcrübə

Lənkəran Dövlət Universitetində bu ali təhsil ocağının 25 illik tarixi ərzində ilk dəfə olaraq aqrar yönümlü ixtisaslarda tədrisin əyaniliyinə nail olmaq və tələbələrdə praktik vərdişləri formalaşdırmaq,elmlə təcrübəni uzlaşdırmaq məqsədi ilə yaşıl çay əkini keçirilir...



Əməkdaşlıq müqaviləsi

Türkiyə Cumhuriyyətinin Çukurova və Üsküdar Universitetlərindən sonra Lənkəran Dövlət Universiteti ilə qardaş ölkənin daha bir ali təhsil müəssisəsi - Ankara Atılım Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb...



Birləşmiş Mİllətlər Təşkilatının İnkişaf Proqramının ekspert qrupu LDU-da

Lənkəran Dövlət Universitetində Birləşmiş Mİllətlər Təşkilatının İnkişaf Proqramının ekspert qrupu ilə görüş keçirib. Civə təhlükəsizliyi barədə ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyan görüşü LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent İdrak Əsgərov açıb...



Lənkəran Dövlət Universitetində təcrübə

Lənkəran Dövlət Universitetində elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədi ilə geniş layihələrə start verilib. Universitetdə fəaliyyət gtöstərən aqrar və mühəndislik fakültəsinin tələbə müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında payız əkinlərinin keçirilməsinə başlanılıb...



LDU əməkdaşlıq

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin Çukurova Universitetindən sonra qardaş ölkənin daha bir ali təhsil müəssisəsi - İstanbul şəhərində yerləşən Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək...



Saadəttin Baloğlu LDU-da

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində qonaq olan Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlunun cənub bölgəsi və Lənkəran Dövlət Universiteti ilə tanışlığı davam edir...



Elmi şura

Lənkəran Dövlət Universitetində Elmi şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclası LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib...



Azərbaycanın Dövlət Müstəqilliyi günü

Lənkəran Dövlət Universitetinin kollektivi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi gününün bayram sevincini N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında qeyd edib. Bayram tədbiri Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb. Rəsmi hissədə LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı geniş məruzə edib...



Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi

Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib. Konfransın plenar iclasını universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb...



Lənkəran Dövlət Universiteti - 2017 / Created by - Məhəmməd Əlizadə