E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Xocalı soyqırımı-Unutmadıq!Unutmarıq.

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərindən bəhs edən kitab, məcmuə, braşura, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.

Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq abidənin önünə təzə-tər qərənfillər düzüblər.

Anım mərasimi “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı tədbirlə davam etdirilib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutlka yad edilib.Professor Natiq İbrahimov 27 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış səhifə adlandırıb, qətlyam törədənlərin hələ də layiqli cəzalarını almadığını, intiqam gününün isə uzaqda olmadığını deyib.Universitet rəsmisi erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən nəticə çıxarmağa çağırıb.

Universitetin Tarix və onun tədrisi kafedrasının baş müəllimi Həşim Kəlbiyev, Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qədim Rufullayev məruzələrində 27 il öncə baş vermiş hadisələri tarixi və ədəbi konteksdə təhlil edərək iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat veriblər.

Anım tədbirləri Xocalı qətlyamına həsr olunmuş videofilmin nümayişi ilə yekunlaşıb.

Facebook Youtube