Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xəbərlər...

 

Yeniliklər

 

Faydalı keçidlər

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

05-06 may 2017-ci il tarixdə LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı Respublika Elmi Konfransı keçirildi =>

 

 

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İH ilə birgə Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir =>

 

10.05.2017

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının

94-cü ildönümü LDU-da bayram kimi qeyd olundu.

 

 

Müasir Azərbaycan tarixinin böyük siması, ölkəmizin sosial-iqtisadi,mədəni inkişafında əvəzsiz rolu olan dünya şöhrətli siyasi xadim, dahi öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü LDU-da rəngarəng tədbirlərlə yaddaqalan olub.
Universitetin bütün fakültələrində ilk dərslər umummilli liderin şərəfli və mənalı həyat yoluna həsr edilib. Tələbələrə bu ünlü simanın Azərbaycan naminə gördüyü işlərdən,çoxşaxəli fəaliyyətindən söz açılıb, Lənkərana etdiyi səfərlər barədə ətraflı məlumat verilib.
LDU-nun kollektivi, başda bu elm ocağının rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla umumrayon tədbirində də fəal iştirak edib. Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə dahi öndərə sevgi və ehtiram rəmzi olaarq təzə-tər çiçəklər düzülüb.
Bu gün LDU-da fəaliyyət göstərən Heydər Əliyev muzeyinin ziyarətçilərinin sayı da artıb. Qeyd edək ki, muzeyin ekspozisiyası təzələnib, yeni, maarqlı eksponatlarla zənginləşdirilib. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbirlər Lənkəran Dövlət Universitetində həftə boyu davam edəcək.

 

Bu gün Universitetdə təhsil alan tələbə gənclər Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar maraqlı aksiyaya da imza atıblar. Tələbələr açıq havada musiqili fleşmob təşkil ediblər. Tələbələrin həvəslə qatıldığı musiqili fleşmobda Azərbaycan və dünya xalqlarının milli rəqsləri, populyar musiqi nömrələri ifa edilib. Fleşmob Azərbaycan himninin sədaları altında canlı olaraq 10 May tarixinin yazılması ilə başa çatıb.

 

foto 1 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8

  •  

  •  


 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator