Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

20 Yanvar şəhidlərinin xatirəsi anıldı.

 

 

Müasir Azərbaycan tarixinin qanla yazılmış ağrılı, eyni zamanda şərəfli, ibrətamiz səhifəsi olan 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı Lənkəran Dövlət Universitetində (LDU) anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik“ fondu ilə birgə keçirilən tədbir vətənin azadlığı, istiqlaliyyəti uğrunda canını fəda etmiş 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sukutla yad olunması ilə başlayıb.

 


Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 28 il öncə baş vermiş hadisələri Azərbaycan tarixinin şərəf, qeyrət səlnaməsi kimi dəyərləndirərək xalqın əliyalın tankların, qəsbkar rus ordusunun qarşısına çıxmasını onun mübariz ruhu kimi dəyərləndirib, tökülən qanlara baxmayaraq bu tarixi təkcə hüzn yox, həm də xalqın birlik günü adlandırıb. Natiq İbrahimov 21 yanvar tarixində ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə getməsini, SSRİ rəhbəri Mixail Qorbaçovun siyasətini sərt tənqid etməsini həmin siyasi şəraitdə böyük risk tələb etdiyini və əsl qəhrəmanlıq olduğunu deyib.

 

 

28 il öncə baş verənlərin əsl mahiyyəti, motivləri, nəticələri və tarixi ibrət dərsləri LDU-nun dosenti Rakif İbadovun məruzəsində ətraflı təhlil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” fondunun mətbuat katibi Ceyhum Musaoğlu “20 Yanvar hadisələri Azərbaycan mətbuatında” mövzusunda məruzə edib. Məruzədə 1990-cı ilin 20 Yanvarında baş verənlər, hadisələrin ölkə və dünya mediyasında əks-sədası slaydlar vasitəsilə nümayiş etdirilib.

Tədbirdə LDU-nun tələbələrinin ifasında şəhidlər mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Anım tədbiri qanlı 20 Yanvar faciəsindən bəhs edən videoçarxla yekunlaşıb.

 


 

 

 



Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator