Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

 

 

LDU-da “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri”

geniş müzakirə edildi.

Lənkəran Dövlət Universitetində (LDU) “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Elmi konfransda respublikamızda fəaliyyət göstərən 26 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarının və qardaş Türkiyə Cumhuriyyətinin 2 universitetinin və 10 təşkilatın nümayəndə heyətləri iştirak edib. Konfrans iştirakçıları ilk öncə Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkına gedərək ulu öndərin abidəsini ziyarət ediblər. Umummilli liderə ehtiram əlaməti olaraq abidəsinin önünə təzə-tər çiçəklər düzülüb.

 


Konfransa dövlət himnimizin ifası ilə start verilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov respublika elmi konfransına qatılan iştirakçıları salamlayıb və müasir dünyamızda inteqrasiya məsələsinin uğurlu həllinin vacibliyini qeyd edərək mövzunun elmi müzakirəsində hamıya uğurlar arzu edib. LDU-da son illərdə elm və təhsilin inkişafı istiqamətində aparılan çoxşaxəli fəaliyyətdən, qazanılan uğurlardan söz açan professor Natiq İbrahimov buna ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində nail olduqlarını bildirib. Prezident İlham Əliyevin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı son sərəncam və qərarların ölkədə uğurla həyata keçirildiyini deyən Natiq İbrahimov LDU-da təhsilin səviyyəsini yüksəltmək məqsədilə təhsillə təcrübənin paralel inkişafına böyük önəm verdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən professor Yədulla Ağazadə “Müasir dünyada inteqrasiya və elmin inkişaf istiqamətləri“ mövzusunda məruzə edib. Məruzədə ölkədə və o cümlədən LDU-da bu sahədə görülən işlər və qarşıda duran problemlər ətraflı təhlil olunub.
Türkiyə Cumhuriyyətinin Qarabük Universitetinin təmsilçisi Hamdi Qızıler elmi konfransın işində iştirakdan qurur duyduğunu dilə gətirərək LDU ilə elm və təhsilin inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdiriləcəyini, birgə layihələrin işlənəcəyini deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professorları Zahid Məmmədov, Abbas Seyidov, Cəmilə Namazova, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Hümbətov, elm şöbəsinin müdiri Abbas İsmayılov məruzə ətrafında çıxış edərək Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacibliyindən, məsələnin həlli yollarından bəhs ediblər.
İki gün davam edəcək konfransda ”Riyaziyyat,informatika və fizika”, ”Kimya və biologiya”, ”Coğrafiya və ekologiya”, ”Tarix,fəlsəfə və beynəlxalq münasibətlər”, ”Dilçilk və ədəbiyyatşünaslıq“, ”Xarici dillər”, ”Iqtisadiyyat və idarəetmə”, ”Texnologiya texnika və aqrar”, ”Pedaqoqika, psixologiya və kulturologiya” bölmələrində 358 məruzə dinləniləcək.
Konfransın sonunda iştirakçılar tərəfindən ölkə başçısı prezident İlham Əliyevə müraciət ünvanlanacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

 

KONFRANSIN PROQRAMI = >
 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator