Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

31 Dekabr - Dünya Azərbaycanlılarının

Həmrəylik Günü və Yeni iliniz mübarək!

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

 

LDU-da yeni il karnavalı.

 

 

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni-2018-ci ilin gəlişi Lənkəran Dövlət Universitetində (LDU) bayram kimi yaşanıb.Universitetin geniş akt zalında düzənlənmiş bayram karnavalına tələbələrlə yanaşı, LDU-nun professor-müəllim heyəti də qatılıb.
Tədbirə Azərbaycan Dövlət Himninin ifası ilə start verilib.

 


LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov karnaval iştirakçılarını bayram münasibəti ilə təbrik edib.Təbrik nitqində 31 dekabr tarixinin azərbaycançılıq ideyalarının təbliğində mühüm əhəmiyyət kəsb etdiyini deyən professor Natiq İbrahimov umummilli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirib,dünyada yaşayan azərbaycanlıların bir araya gətirilməsində,millətin dünyaya tanıdılmasında böyük rol oynadığını deyib.Professor başa çatmaqda olan 2017-ci ilin Azərbaycan təhsilində mühüm irəliləyişlərə yol açdığını,bunun nəticəsi olaraq LDU-nun elmi texniki bazasının yeniləndiyini,kadr hazırlığının səviyyəsində səmərəli irəliləyişlərə nail olunduğunu bildirib.LDU təmsilçisi bütövlükdə 2017-ci ili LDU üçün əlamətdar il adlandırıb.Belə ki,ölkədə ilk dəfə olaraq məhz LDU-da kənar yerdən cəlb edilmiş professor-müəllim heyəti üçün xidməti mənzillər tikilərək istifadəyə verilib,əmək və məzun yarmarkasında 144 məzun işlə təmin olunub,universitetin tarixində ilk dəfə olaraq dəqiq elmlər üzrə regional fənn olimpiadası,ingilis dili olimpiadası keçirilib,aqrar ixtisaslarda təhsil alan tələbələrin praktik vərdişlərə yiyələnmələri məqsədi ilə 5 hektar torpaq sahəsi alınıb,hal-hazırda isə Astara və Yardımlı rayonlarında pilot layihə həyata keçirilir.

 


Qarşıda duran 2018-ci ildə daha böyük nailiyyətlərə nail olmaq üçün kollektivə uğurlar arzu edən professor Natiq İbrahimov 2017-ci ildə yaxşı işi ,təşəbbüskarlığı ilə seçilən,həmçinin yubiley yaşlarını qeyd edən professor,müəllim,texniki heyət və tələbələri də diqqətsiz qoymayıb.Fərqlənənlərə LDU-nun fəxri-fərmanları və tərifnamələri təntənəli şəkildə təqdim olunub.Qeyd edək ki,universitetin bütün kollektivinə bayram münasibəti ilə pul mükafatları verilib.
Təqdimat mərasimindən sonra nəğmə,əyləncə dolu bayram karnavalı start götürüb.Tələbələrin ifasında şux mahnı və rəqslər,komediyalardan parçalar nümayiş olunub,əyləncəli viktorina keçirilib.Qalibləri Şaxta baba və Qar qız mükafatlandırıb.
 

foto 1 foto 2 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 9 foto 10 foto 11 foto 12 foto 13 foto 14 foto 15 foto 16 foto 17 foto 18 foto 19 foto 20 foto 21 foto 22 foto 23 foto 24 foto 24 foto 25 foto 26 foto 27 foto 28 foto 29 foto 30 foto 31 foto 32 foto 33 foto 34

 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator