Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən

professor Natiq İbrahimovun LDU qadınlarına təbriki

 


 

Hörmətli xanımlar!
Bu ilki qadınlar bayramı Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illik yubileyinə hazırlaşdığımız günlərə təsadüf edir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Böyük fəxrlə deyə bilərik ki, xalqa, cəmiyyətə fədakarcasına xidmət edən qadınlarımızın sırasında Lənkəran Dövlət Universitetində çalışan qadınlar, tələbə qızlar da var. Bu gün LDU-nun əldə etdiyi uğurlarda onların xüsusi payı az deyil. Bəli, Lənkəran Dövlət Universitetində çalışan alim, müəllim, qadınlarımızın, tələbə qızlarımızın sayının durmadan artması bizi sevindirməyə bilməz.
Sevindirici haldır ki, Lənkəran Dövlət Universiteti tələbə qızların sayına, onların təhsil uğuruna görə ölkədə öncül yerdə durur.Bütün bunlar isə umumi fəaliyyətimizə müsbət təsir göstərir, təhsilin,elmin inkişafına təkan verir, gələcəkdə savadlı anaların pay çəkisinin artmasına səbəb olur.
Qeyd edim ki, kollektivimizdə çalışan zəhmətsevər qadınlarımızın əməyi rəhbərlik tərəfindən layiqincə dəyərləndirilib, hamısı 8 Mart Qadınlar bayramı münasibəti ilə mükafatlandırılıb. Öndə gedən, kollektivə yaxşı işi ilə numunə olan qadınlarımız da diqqətdən kənarda qalmayıb. Fərqlənən qadın həmkarlarımızı bayram münasibəti ilə Fəxri-fərman, təşəkkürnamə ilə təltif edəcəyik. Bizimlə bir sırada çalışan, LDU-nun inkişafı naminə fəaliyyətini əsirgəməyən qadınlarımız , təhsil uğurları ilə bizi sevindirən tələbə qızlarımız- siz hər cür təbrikə, xoş sözlərə layiqsiniz!
Ümidvaram ki, siz bundan sonra da dinamik inkişaf edən ölkəmizin gələcəyi , Lənkəran Dövlət Universitetinin işıqlı sabahı naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.Sizi 8 Mart Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə ailə səadəti, can sağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.
Bayramınız mübarək olsun, əziz qadınlar!

 


Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator