Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin

100 illiyi münasibəti ilə elmi seminar keçirilib.

 


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elm Mərkəzində Lənkəran Dövlət Universiteti ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə elmi seminar keçirilib.Tarixçi alim və tədqiqatçıların qatıldığı tədbiri Lənkəran Regional Elm Mərkəzinin direktoru ,professor Fərman Quliyev açıb .Bildirib ki,Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının əsası Azərbaycan Xalq Cumhuriyyəti dövründə qoyulub.
Seminar iştirakçılarına həmin dövrün xronologiyasını, demokratik respublika quruculuğunu əks etdirən videoçarx təqdim olunub. Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseynov “ ADR-İran münasibətləri-1918-1920-ci illər” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan tarixinin bu keşməkeşli dövründə baş vermiş ən vacib hadisələrdən, qonşu dövlətlərlə qurulan əlaqələrdən ətraflı bəhs edilib.
Məruzə ətrafında tarix üzrə fəlsəfə doktorları- LDU-nun tarix və onun metodikası kafedrasının müdiri , dosent Əliağa Baxşıyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Məmmədov, Lənkəran Regional Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Mayis Cəfərov,mərkəzin böyük elmi işçisi Samir Kərimov, Cəmil Quliyev, müəllimlərdən Rahim Nuriyev, Nadir Axundov , Cəmil Axundzadə və başqaları çıxış edərək Şərqdə qurulan ilk demokratik respublikanın əhəmiyyətindən, xalqın tərəqqisində oynadığı roldan söz açıblar. Məruzə və çıxışlar ətrafında geniş diskussiya keçirilib.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator