Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Xəbərlər...

 

Abituriyentlər üçün

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

15.03.2017:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin

“Sabah Mərkəzi”nin tədris teatr kollektivi

Lənkəran Dövlət Universitetində qastrolda

 

Lənkəran Dövlət Universitetinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sabah” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Sabah Mərkəzi"nin “Aktyor sənəti” və “Rejissor sənəti” ixtisaslarının  tələbələri LDU-da olmuşlar.  Qonaqları LDU-nun 2 saylı tədris korpusunda Elm və Beynəlxalq əlaqələr şobəsinin  müdiri  Zaur Məmmədov və Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Müşfiq Bayramov qarşıladılar.

Həmin gun  saat 18-00-da Lənkəran Dövlət Dram Teatrının səhnəsində tələbə-aktyorların  ifasında  “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası oynanıldı. Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi bu səhnə əsərində baş rollarda Məhəmməd Musayev, Orxan Isgəndərli, Xədicə Məmmədova, Çilənay Əliyeva və başqaları əsl aktyorluq nümunələri gostərdilər.

Tamaşa bitəndən sonra Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxış edərək, belə istetdadlı tələbələr tərəfindən hazırlanmış tamaşaya görə   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyevaya, “Sabah Mərkəzi”nin rəhbəri Böyükxanım Məmmədbəyovaya və yaradıcı kollektivə təşəkkürünü bildirdi. Daha sonra o, qeyd etdi ki, universitetlər arasınada belə əlaqələr bundan sonra da davam etdiriləcək.  Bu əlaqələr bölgə universitetləri üçün böyük əhəmiyyət kəsb edir. Növbəti tədris ilindən Lənkəran Dövlət Uniersitetində də “Aktyorluq” ixtisasının açılmasını nəzərə alsaq, bugünkü tədbir bir daha göstərdi ki, universitetimiz bu sınaqdan da uğurla çıxacaq və incəsənət sahəsində də kadr hazırlığını uğurla davam etdirə bilər.

LDU-nun tələbə və müəllim heyətinin tamaşaçı qismində iştirak etdiyi bu səhnə əsəri alqişlarla qarşılandı. Tələbə-aktyorların müvəffəqiyyətlə oynadıqları tamaşa hərarətli alqışlarla tamamlandı. Tamaşanın sonunda aktyorlara gül-çiçək hədiyyələri verildi.

15 mart 2017-ci ildə    Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqları universitetin “Heydər Əliyev İdarəçilik Mərkəzi”ndə qəbul etdi. Professor Natiq İbrahimov tamaşanın LDU-nun müəllim və tələbə heyətində müsbət rəy yaratdığnı söyləyərək, onlara yaradıcılıq uğurları arzuladı və qeyd etdi ki, Lənkəran Dövlət Universitetində yeni açılacaq “Aktyorluq” ixtisası ilə bağlı Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti arasında əlaqələrimiz gələcəkdə daha da genişləndiriləcək və bu sahədə keyfiyyətli  kadr hazırlığı üçün həmin universitetin zəngin təcrübəsindən və kadr potensialından istifadə olunacaq.

“Sabah Mərkəzi”nin rəhbəri Böyükxanım Məmmədbəyova çıxışında Lənkəran Dövlət Universitetində onların səmimi və isti qarşıladıqları üçün universitet rəhbərliyinə minnətdarlığını bildirərək, ikitərəfli əlaqələrin gələcəkdə inkişaf etdirilməsinə, bölgə teatrları üçün  yüksək ixtisaslı kadrların hazırlanmasda əlindən gələn köməkliklərini əsirgəməyəcəklərini bildirdi. Daha sonra qeyd etdi ki, bu qrupla cari ilin may ayında Lənkəran Dövlət Universitetinə iki tamaşa ilə qastrol səfəri planlaşdırılır.

“Sabah Mərkəzi”nin kurs rəhbəri, Əməkdar artist Nofəl Vəliyev çıxış edərək, isti qəbula və qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü  bildirdi. Gələcəkdə Lənkəran Dövlət Universitetində yeni açılacaq “Aktyorluq” ixtisasının olmasına çox sevindiyini və kadr hazırlığına hər cür kömək edəcəyini bildirdi.

Sonra tamaşanın ərsəyə gəlməsində  əməyi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4 əməkdaşı LDU-nun Fəxri Fərmanı ilə, 21 tələbə-aktyor isə  tərifnamələr və kiçik hədiyyələrlə mükafatlandırıldı.

Həmin gun saat 1800-da Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin səhnələşdirdiyi “Romeo və Cülyetta” tamaşası  oynanıldı. Yenə də Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi bu tamaşada baş rollarda Corc Qafarov, Çilənay Əliyeva Məhəmməd Musayev, Xədicə Məmmədova, Hilal Dəmirov və başqaları oynadılar. Tamaşanın sonunda tələbə-aktyorların ifası Lənkəran Dövlət Universitetinin tələbə və əməkdaşları tərəfindən hərarətlə, ayaq üstə sürəkli alqışlarla qarşılandı və aktyorlara gül-çiçək dəstələri təqdim olundu.  Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir daha qonaqlara belə yüksək səviyyəli ifaya görə təşəkkür etdi və onlara  yaradıcılıq uğurları arzuladı.

 

LDU-da 1-ci gün: 14.03.2017, Çərşənbə axşamı.

 

 

 

 

 

 

 

 

 

LDU-da 2-ci gün: 15.03.2017, Çərşənbə günü.

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator