Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

Bakı Dövlət Universiteti ilə əməkdaşlıq

LDU üçün geniş imkanlar açır.

 


Lənkəran Dövlət Universiteti (LDU) ölkənin ən nüfuzlu və reytinqli ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq imkanı əldə edib.Bu iki ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalan müqavilə çərçivəsində mümkün olub. Bağlanmış müqavilə Lənkəran Dövlət Universitetinə mütəxəssis hazırlığı səviyyəsini yüksəltmək, elmi uğurlarını artırmaq, BDU-nun elmi –praktiki təcrübəsindən bəhrələnmək imkanı verir. Müqaviləni BDU-nun rektoru ,akademik Abel Məhərrəmov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıblar.
Ölkə təhsilində əsaslı keyfiyyət dəyişiliklərinə nail olmaq, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyan müqavilə çərçivəsində LDU-da bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi” , “Tarix müəllimliyi” və “Ekologiya” ixtisasları üzrə kadr hazırlığı,magistrant və doktrant hazırlığı, ixtisasartırma (staj keçmə) təhsili, təcrübə mübadiləsinin yerinə yetirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi və konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulur.
Müqaviləyə əsasən BDU Lənkəran Dövlət Universitetində bakalavriat səviyyəsində yuxarıda adı çəkilən ixtisaslar üzrə kadr hazırlığında Bakı Dövlət Universitetində tərtib olunmuş tədris planlarının və müvafiq fənn proqramlarının istifadə edilməsinə , professor-müəllim heyətinin mühazirələr oxumasına icazə verir, tələbə və müəllim mübadiləsinə səy göstərir. Həmçinin, LDU-nun magistrant, doktorant və dissertantlarına elmi rəhbərlərin təyin olunmasına və onlara BDU-nun müvafiq labaratoriyalarında elmi-tədqiqat işlərinin aparılmasına icazə verilməsi də müqavilə şərtlərinə daxil edilib.
Müqaviləyə əsasən, BDU birgə konfrans, seminar və simpoziumların , elmi tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsini, LDU-nun müəllimlərinin BDU-da ixtisasartırma və təcrübə mübadiləsi keçməsinə köməklik göstərilməsini öhdəsinə götürür.
Başlanmış ikitərəfli müqavilənin LDU-nun da üzərinə qoyduğu öhdəliklərə görə, Lənkəran Dövlət Universiteti tələbə və müəllim mübadiləsinə şərait yaradır, birgə elmi tədqiqat işlərinin və qrant layihələrinin həyata keçirilməsinə , konfrans, seminar və simpoziumların təşkilinə dəstək verir.
Mübadilə proqramları hazırlıq, bakalavriat, magistratura, doktorantura proqramlarını və yay semestrini əhatə edir.
Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator