Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanmış bütün abituriyentləri təbrik edir,

onlara təhsildə və elmdə yeni-yeni uğurlar arzulayırıq!!!

 

 

SAYTIN YENİ VERSİYASI

 

e.lsu.edu.az

 

Baş səhifə

Universitetimiz haqqında

Elmi Şura

Magistratura və doktorantura

Əmrlər, elanlar

Mətbuat xidməti

Bizimlə əlaqə

Arxiv

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

 

Faydalı keçidlər

 

 

 

 

 

AKTUAL ELANLAR

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

Akademik borcu (kəsri)

olan tələbələr

uyğun fənn üzrə dərsləri aşağı təhsil ili tələbələri ilə dinləməkdən ötrü 2018-ci il 11-13 sentyabr tarixlərində təhsil aldıqları fakültələr üzrə tyutorlara müraciət etməli və universitetlə müvafiq məzmunda müqavilə bağlamalıdırlar...

Ətraflı =>

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

2018-ci il oktyabrın 11/13-də Türkiyə Respublikasının Necmettin Erbakan Universiteti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doğumunun 800-ci ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.

 

 

 

 

 

BMT-nin Uzunömürlülər İnstitutu

LDU ilə əməkdaşlıq etmək niyyətindədir.

 


Birləşmiş Millətlər Təşkilatının (BMT) səlahiyyətli təmsilçisi, qurumun Uzunömürlülər İnstitutunun direktoru professor Marvin Formoza Azərbaycana səfəri çərçivəsində Lənkəranda olub. BMT-li qonaq ikigünlük səfərinin ilk günü Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkib.
Hörmətli qonağı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb. Çay süfrəsi arxasında, səmimi və dostluq şəraitində keçən söhbət zamanı professor M.Formoza gəlişinin əsas məqsədinin Lənkəran rayonunda yaşayan uzunömürlü sakinlərin həyat və yaşam tərzlərinin tədqiqi olduğunu bildirib. İnsan ömrünü uzatmağın hazırkı dünyada ən vacib sosial problemlərdən biri olduğunu deyən BMT təmsilçisi bu amilə təsir göstərən sosial faktorları professor Natiq İbrahimovla birgə müzakirə edib, uzunömürlüyü ilə seçilən Lənkəranda problemin hərtərəfli araşdırılmasında LDU-nun yardımını məqsədəuyğun hesab edib.
Söhbət zamanı LDU-da sosial herontologiyanın tədrisinin təşkili məsələləri müzakirə edilib. Tələbə və gənc tədqiqatçıların sosioloji tədqiqatlara cəlbi,onlarda ahıl insanlarla işləmək bacarıqlarının aşılanması, uzunömürlülüyün sirrlərinin, bu amilə təsir göstərən faktorların elmi araşdırılması və sair barədə ətraflı danışılıb. Müzakirə zamanı BMT-nin müvafiq qurumu ilə LDU arasında bu sahədə birgə fəaliyyətinin təşkilinin məslənin uğurlu həllinə yardımçı olacağı xüsusi vurğulanıb. Öz növbəsində, LDU rəsmisi professor Natiq İbrahimov əməkdaşlığa hazır olduqlarını, beynəlxalq mütəxəssislərə problemin araşdırılması istiqamətində yardımçı olacaqlarını vəd edib.
Qeyd edək ki, professor Marvin Formozanı görüş zamanı AMEA-nin Fiziologiya İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktorları Sevinc Hüseynova və Çingiz Qasımov müşayət ediblər.
 

 

Esmira İsmayılova,
LDU-nun mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

Akademik borcu (kəsri) olan tələbələr uyğun fənn üzrə dərsləri aşağı təhsil ili tələbələri ilə dinləməkdən ötrü 2018-ci il 11-13 sentyabr tarixlərində təhsil aldıqları fakültələr üzrə tyutorlara müraciət etməli və universitetlə müvafiq məzmunda müqavilə bağlamalıdırlar =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator