Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

 

Müdrikliyə gedən yol.

Lənkəran Dövlət Universitetinin Kitabxana mərkəzindən reportaj =>

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

AKTUAL ELANLAR

 

Gənc tədqiqatçıların

nəzərinə:

 

17 oktyabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda gənc tədqiqatçıların (bakalavriat, magistrant, doktorant) respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

Alman Akademik Mübadilə Xidməti

(DAAD) təmsilçisi LDU-da olub.

 


Alman dövləti tərəfindən dəstəklənən ,alman ali məktəblərinin birgə qurumu olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin ofis meneceri Stefani Düfo bu gün Lənkəran Dövlət Universitetində olub. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım Stefani Düfonu qəbul edib. Söhbət zamanı xanım qonağa LDU-da aparılan təhsil islahatları,maddi texniki bazanın yenilənməsi,dünya təhsil sisteminə inteqrasiya, təhsildə yeni metodların tədbiqi,tədrislə təcrubənin uzlaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
LDU-ya gəlişinin məqsədini açıqlayan xanım Düfo təmsil etdiyi beynəlxalq qurumun məqsəd və məramından söz açıb.Bildirib ki, DAAD-ın əsas vəzifəsi tələbələrin və elmi işçilərin mübadiləsi vasitəsi ilə Almaniyanın xarici münasibətlərinin dəstəklənməsidir.
Professor Natiq İbrahimov LDU ilə Almaniyanın nüfuzlu ali məktəbləri arasında tələbə-müəllim mübadiləsinin vacibliyini yüksək dəyərləndirərək qurum rəsmisini bu istiqamətdə yardımçı olmağa çağırıb.LDU rəsmisi universitet nəzdində alman dili kurslarının təşkili , bu kursları uğurla bitərən məzunlara xaricdə təhsil imkanlarının yaradılması, əsasən aqrar ixtisaslar üzrə təhsil alan tələbələrə Almaniyanın ali məktəblərində praktik biliklərinin təkmilləşdirilməsi imkanlarının verilməsi barədə danışıb və bu məqsədlərin reallaşdırılmasının vacibliyini qeyd edib.

 


Qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı bir çox məsələlər barədə razılaşma əldə olunub. Görüş zamanı xanım Düfo professor Natiq İbrahimova təmsil etdiyi qurumun xatirə hədiyyəsini –Almaniya universitetləri barədə geniş məlumat kitabını təqdim edib.LDU-nun xatirə hədiyyəsi isə cənub təbiətini əks etdirən rəsm əsəri olub.
Xanım Stefani Düfo sonra LDU-nun tələbələri ilə görüşüb.Görüş zamanı tələbələrə Almaniyanın ali təhsil sistemi və tədqiqat mühiti,ölkədə təqaüdlü təhsil imkanları,il ərzində alman dilli tələbələr və müəllimlər üçün təşkil olunan müxtəlif mövzularda seminarlar və yay məktəbləri barədə videoçarx təqdim olunub və layihə barədə ətraflı məlumat verilib,həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.

 


Esmira İsmayılova
LDU mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator