Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

17.11.2016:

 

LDU-da Təhsil Mərkəzinin açılışı oldu

 

 

17 noyabr 2016-cı il tarixdə Lənkəran Dövlət Universitetində “HUAWEI Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsi çərçivəsində Təhsil mərkəzinin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan , LDU-nun elmi işlər üzrə prorektoru vəzifəsini icra edən , filologiya elmləri doktoru , prof. Yədulla Ağazadə universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru , prof . Natiq İbrahimovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırmış , universitetdə elektron kitabxana sisteminin fəaliyyətinə uğurlar diləmişdir .

 


“HUAWEI Azərbaycan” şirkətinin nümayəndələri Fərhad Rzayev və Orxan Mehdiyev LDU-da Təhsil mərkəzinin fəaliyyətə başlaması münasibətilə professor-müəllim kollektivini , eləcədə , tələbə-gəncləri təbrik etmiş, belə layihənin Azərbaycan Aqrar İnstitutu və Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında da həyata keçirildiyini bildirmiş, onun məqsəd və vəzifələrini açıqlamışlar. Qeyd edilmişdir ki, LDU Təhsil mərkəzi “HUAWEI Azərbaycan” şirkətinin dəstəyi ilə kompyuter və digər texniki avadanlıqlarla və lazımi ədəbiyyatlarla təmin ediləcəkdir .

 


Universitetin müəllimləri və tələbələri “HUAWEI Azərbaycan” şirkətinin keçirdiyi müsabiqədə yaxından iştirak etmişlər. Qaliblərə “HUAWEI” şirkətinin istehsalı olan mobil telefon və kitablar hədiyyə edilmişdir.
Mərasimin sonunda Təhsil mərkəzinin açılışını bildirən qırmızı lent kəsilmişdir.
Müəllim və tələbələr Təhsil mərkəzi ilə tanış olmuş, xatirə şəkilləri çəkilmişdir.

 

 

   
 
   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator