Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

 

Müdrikliyə gedən yol.

Lənkəran Dövlət Universitetinin Kitabxana mərkəzindən reportaj =>

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

AKTUAL ELANLAR

 

Gənc tədqiqatçıların

nəzərinə:

 

17 oktyabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda gənc tədqiqatçıların (bakalavriat, magistrant, doktorant) respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

Lənkəranda “Məmməd Araz“ poeziya günü.

 

 


Müasir Azərbaycan ədəbiyyatının ən ünlü simalarından biri,çağdaş poeziyamızın təkrarsız siması ,xalq şairi Məmməd Araz Lənkəranda ehtiramla anılıb.Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondu,Respublika Yazıçılar Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Məmməd Araz”poeziya günündə Lənkəran Dövlət Universitetin professor-müəllim-tələbə heyəti də fəal iştirak edib. İştirakçılar ilk öncə mərkəzin foyesində təşkil olunmuş kitab sərgisində şair M.Arazın müxtəlif illərdə çap olunmuş kitabları ilə tanış olublar.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü,M.Araz irsinin yorulmaz tədqiqatçısı Qardaşxan Əzizxanlı açaraq şairin mənalı həyat yolu,ədəbi irsi,təkrarsız poeziya nümunələrindən ətraflı bəhs edib.

 


Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.LDU-nun Azərbaycan Dili və Ədəbiyyatı Müəllimliyi fakültəsinin 2-ci tədris ili tələbəsi Nihad Piriyev 1-ci yeri tutaraq xüsusi mükafata –M.Araz adına “Qartal” mükafatına ,fəxri fərman və diplomlara,”Bilik” fondunun xatirə hədiyyələrinə, eyni zamanda pul mükafatına layiq görülüb.Onun kurs yoldaşları Cavidan Cəfərov ikinci,Məlahət Əhmədova 3-cü dərəcəli diploma və xatirə hədiyyələrinə layiq görülüblər.Qaliblərə hədiyyələri Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və millət vəkili, yazıçı Aqil Abbas təqdim ediblər.
Tədbirdə çıxış edən LDU-nun prorektoru,filologiya elmləri doktoru Yədulla Ağazadə Məmməd Araz yaradıçılığının bədii xüsusiyyətlərini ətraflı şərh edib,şairlə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

 


LDU-nun tələbələrinin ifasında səslənən şairin vətənpərvərlik ruhlu şerlərindən ibarət ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Şairin doğmaları adından çıxış edən millət vəkili,yazıçı-publisist Aqil Abbas belə görüşlərin,tanınmış şairlərin poeziya günlərinin milli dəyərlərimizin formalaşmasında,vətənpərvərlik,milli təəssübkeşlik hisslərinin gənc nəslə aşılanmasında vacib rol oynadığını deyib, tədbirin təşkilatçılarına , həmçinin poeziya günündə fəal iştiraklarına görə LDU kollektivinə minnətdarlıq bildirib.
 

 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator