Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

      18.03.2017:

Lənkəran Dövlət Universitetində

Novruz bayramı münasibətilə təntənəli tədbir keçirildi

Lənkəran Dövlət Universitetində xalqımızın tarixi bayramı - Novruz bayramı münasibətilə təntənəli tədbir keçirildi. Ənənəvi novruz şirniyyatı ilə bəzədilmiş süfrələr arxasında davam edən tədbiri giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru professor Natiq İbrahimov açdı. O, iştirakçıları salamlayaraq, bayram münasibətilə təbrik etdi, onlara Novruz əhval-ruhiyyəsi, can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.

Sonra professor Novruz bayramının tarixindən və əhəmiyyətindən danışaraq bildirdi ki, bu bayram Azərbaycan xalqının qədim tarixə və mədəniyətə sahib olmasından xəbər verir. O, nitqinə davam edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli və mənəvi dəyərlərini, xüsusilə də, Novruz bayramının əhəmiyyətini həmişə yüksək dəyərləndirir və onun Dövlət səviyyəsində qeyd olunmasına böyük önəm verirdi. Çıxışının sonunda Natiq müəllim bildirdi ki, möhtərəm Prezident Ilham Əliyevin ölkəmizin dünyada tanınması istiqamətində apardığı uğurlu siyasətin nəticəsi olaraq, bu gün Novruz bayramı Azərbaycan Respublikasının I Vitse Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkənin I xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir.

Daha sonra Universitetin ictimai işlərində və təhsildə fərqlənən tələbələrə fəxri fərmanlar, tərifnamələr, qiymətli hədiyyələr verildi. Tələbələr onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər və bundan sonra daha əzmlə çalışacaqlarına, Universitetimizin adını uca tutacaqlarına, təhsildə daha böyük uğurlar qazanacaqlarına söz verdilər.

Tədbir Universitetin Tələbə Yaradıcılığı Qrupunun hazırladığı proqramla davam etdirildi. Proqramda Novruz bayramına həsr olunmuş musiqi və şer  nümunələri, milli rəqslər, səhnəciklər yer almışdı. Tədbir bütün iştirakçıların möhtəşəm yallı rəqsi ilə sona çatdı.

Ənvər Şahqubadbəyli,

İKT və Kitabxana mərkəzinin direktoru.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator