Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanmış bütün abituriyentləri təbrik edir,

onlara təhsildə və elmdə yeni-yeni uğurlar arzulayırıq!!!

 

 

SAYTIN YENİ VERSİYASI

 

e.lsu.edu.az

 

Baş səhifə

Universitetimiz haqqında

Elmi Şura

Magistratura və doktorantura

Əmrlər, elanlar

Mətbuat xidməti

Bizimlə əlaqə

Arxiv

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ilində Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə ==>

Faydalı keçidlər

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

 

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2018/2019-cu tədris ilində Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlər elanda göstərilən sənədləri 2018-ci ilin 16 avqust tarixindən 28 avqust tarixinədək şənbə və bazar günləri də daxil olmaqla hər gün (22-23 avqust - bayram günlərindən başqa) LDU-da yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər...

Daha ətraflı

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

2018-ci il oktyabrın 11/13-də Türkiyə Respublikasının Necmettin Erbakan Universiteti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doğumunun 800-ci ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.

 

 

LDU-ya qəbul olan tələbələrin qeydiyyatına işçi qrup nəzarət edir.

2018/2019-cu tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavriat səviyyəsinin I kursuna qəbul olunmuş abituriyentlərin avqustun 16-dan başlanan qeydiyyatı davam edir.
Qeyd edək ki, bu barədə LDU rəhbərliyi tərəfindən “2018/2019-cu tədris ilində bakalavriat səviyyəsinə tələbə qəbulu işinin təşkili haqqında” 23 iyul 2018-ci il tarixli əmr imzalanıb.
Əmrə əsasən, ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara müvafiq təşkili və keçirilməsi məqsədilə universitetdə fəaliyyət göstərən fakültə dekanlarından və əməkdaşlarından ibarət yaradılan işçi qrupa ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işlənməsi tapşırılıb.
İşçi qrup LDU-nun Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı-50 ünvanında, universitetin inzibati binasında hər gün saat 9-dan 17-yə kimi fəaliyyət göstərir.
Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. İşçi qrup universitetə qəbul olunmuş birinci tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Eyni zamanda, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tələbə və valideynlərlə görüşərək qeydiyyat prosesinin gedişi ilə tanış olub, respublikanın müxtəlif rayonlarından, paytaxt Bakıdan gəlmiş tələbələrə ali təhsil üçün məhz LDU-nu seçmələrində heç də yanılmadıqlarını, burada tam şəffaf və obyektiv təhsil mühitinin yaradıldığını, təlim-tədris-təcrübə bazasının daim yeniləndiyini, yüksək ixtisaslı pedaqoji kadrların tədris prosesinə cəlb edildiyini bildirib.
LDU-ya qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması üçün yaradılmış komissiyadan aldığımız məlumata görə, bu il LDU-nun əyani və qiyabi şöbələrinə 26 ixtisas üzrə 1036 tələbə qəbul olunub və plan yerlərinin 87 % dolub.
Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən imkansız ailədən olub ödənişli ixtisaslara qəbul edilən tələbələrə illik ödəniş haqqını birdəfəlik yox, təhsil ili müddətində mərhələli şəkildə ödəmək imkanı da yaradılıb.
Xatırladaq ki, tələbələrin qeydiyyatı şənbə və bazar günləri də daxil olmaqla, avqust ayının 28-nə kimi davam edəcək.
 

 

 

Esmira İsmayılova,
LDU-nun mətbuat xidmətinin rəhbəri.
 

Digər xəbərlər =>

2018/2019-cu tədris ilində Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə ==>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator