Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

10.11.2017-ci il tarixdə, saat 11:30-da Texnologiya və aqrar fənlər kafedrasında akademik  Məmməd Salmanovun "Lənkəran-Astara selfinin ekoloji vəziyyətinin öyrənilməsi" mövzusunda elmi seminarı keçirildi...

Daha ətraflı =>

 

 

 

Nəzəriyyədən praktikaya - LDU beynəlxalq təcrübədən bəhrələnir.

 


Lənkəran Dövlət Universiteti (LDU) ilə Başqırstan respublikasının Ufa şəhərində yerləşən Başqırstan Dövlət Aqrar Universiteti arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən LDU-nun nümayəndə heyəti qardaş ölkənin bu ali təhsil ocağına səfər edib.Başqırdıstanlı həmkarlarının təcrübəsindən bəhrələnmək,əldə etdikləri uğurlardan istifadə etmək məqsədi daşıyan səfərdə Lənkəran Dövlət Universitetini ümumi işlər üzrə prorektor Vüqar Musayev və Aqrar və mühəndislik fakultəsinin dekanı dosent Balayar Şahbazov təmsil ediblər. Nümayəndə heyəti bir həftə ərzində Başqırstan Dövlət Aqrar Universitetinin tədris prosesi, burada mövcud olan laboratoriyaların iş fəaliyyəti və avadanlıqları, universitetdə aqrar yönümdə aparılan elmi-tədqiqat işləri, tədris-təcrübə təsərrüfatı ilə əyani tanış olmaq imkanı əldə ediblər. Ezamiyyət müddətində LDU təmsilçilərinə universitetin inzibati binası, yataqxanası, kitabxanası, tədris korpusları və tədris- təcrübə sahəsi ilə də yaxından tanış olmaq imkanı yaradılıb. Həmçinin lənkəranlı alimlərə başqırdıstanlı həmkarlarının ayrı-ayrı ixtisaslar üçün nəzərdə tutulan dövlət standartları və tədris planları tanışlıq imkanı verilib.
Qeyd edək ki,sözügedən ali təhsil ocağının 600 hektar torpaq sahəsi vardır ki, orada növbəli əkin sistemi tətbiq etməklə respublika üçün xarakterik olan bütün kənd təsərrüfatı bitkiləri becərilir. Tədris - təcrübə sahəsində universitet əməkdaşları təcrübələr aparır, alınan müsbət nəticələr əyani olaraq yardımçı təsərrüfatda sınaqdan keçrilir, nəticə uğurlu olanda isə istehsalata tövsiyyə olunur. Yardımçı təsərrüfatdan əldə olunan gəlir universitetin büdcəsinə daxil edilir.
Eyni zamanda,Başqırdıstan Dövlət Aqrar Universitetin yardımçı təsərrüfatında baytarlıq və zoomühəndislik ixtisaslarında kadr hazırlığı üçün müxtəlif heyvanlar saxlanılır. Heyvandarlıq təsərrüfatından gələn gəlir də universitet büdcəsinə daxil edilir. LDU-nun nümayəndə heyəti Baytarlıq fakultəsinin nəzdində yaradılmış, təsərrüfat hesablı fəaliyyət göstərən “baytarlıq klinikası” nın işi ilə də maraqla tanış olublar. Xatırladaq ki,ödənişli klinikada universitetin professor-müəllim heyəti, magistrantlar, doktorantları çalışır. Şəxsi və fermer təsərrüfatlarında saxlanan heyvanların müalicəsindən əldə olunan vəsait də universitet büdcəsinə daxil edılır.
Lənkəranlı alimlər üçün universitetin “Aqrokimya”, “Torpaqşünaslıq”, “Fitopotologiya”, “Meşəçilik”, “Arıçılıq” və “Heyvan anatomiyası”, “Mikrobiologiya və virusologiya” və s. laboratoriyaların avadanlıqları və iş fəaliyyəti ilə tanışlıq da maraqlı olub.Qeyd edək ki,LDU aqrar ixtisaslarda kadr hazırlığının səviyyəsini yüksəltmək məqsədi ilə nəzəri biliklərlə yanaşı praktik məşğələlərin rolunu da artırmaq niyyətindədir. Başqırstan Dövlət Aqrar Universiteti ilə qarşılıqlı əməkdaşlıq da bu amala xidmət edir.
 

 

 

 

 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator