Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

Magistrantların nəzərinə:

Magistr dissertasiya işlərinin tərtibi qaydalarını 

buradan öyrənə bilərsiniz =>

 

 

2018/2019-cu tədris ili üzrə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu planı

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçirildi...

Daha ətraflı =>

KONFRANSIN PROQRAMI

 

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı =>

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının nəticələri =>

 

 

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2018” il proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib. Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və iştirakçıları ilk əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə təbrik edib. LDU barədə ətraflı məlumat verən Natiq İbrahimov bu elm ocağında tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 360 məzuna iş probleminin həllində dəstək olduğunu , əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.

 


Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədi ilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən universitetdə daha bir neçə yeni ixtisasda kadr hazırlığına başlanacaq.
Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev çıxışında universitetdə yaranmış təhsil, quruculuq, inkişaf ab-havasından məmnun olduğunu bildirib, bu ali təhsil ocağının işindəki dönüşə görə rəhbərliyə minnətdarlığını çatdırıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Tədbirdə çıxış edən digər natiqlər də açıq qapı günü və məzun yarmarkasının təşklini məzunların məşğulluyğunun təminatında uğurlu addım kimi dəyərləndirərək təşkilatçılara minnətdarlıq bildiriblər.

Məzun yarmarkasına Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 50 dövlət və özəl müəssisə cəmi 250 boş (vakant) iş yeri çıxarıb.
Qeyd edək ki, LDU-da açıq qapı günü may ayının 23-nə kimi davam edəcək.

 


 

 

 

 

 

 

 

 

 

Tədbirdən hazırlanmış geniş fotoreportaj burada...

 

Esmira İsmayılova,
LDU-nun mətbuat xidmətinin rəhbəri

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator