Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Univerisitetində insan alverinə qarşı

mübarizə tədbirləri mövzusunda tədbir keçirildi

 

 

29 aprel 2016-cı ildə Lənkəran Dovlət Univerisitetinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mubarizə Baş İdarəsinin və "XXI əsrin qadınları"  İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş  "Azərbaycan  Respublikasında insan  alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasından irəli gələn vəzifələrə uyğun maarifləndirmə tədbiri keçirmişdir.

 

Tədbiri Lənkəran Dövlət Univerisitetinin Rektoru vəzifəsini icra edən professor Nizami Yusubov açmışdır. O, təşkilatçı qurumların nümayəndələrini iştirakçılara təqdim etdikdən sonra onları tədbirin məqsədləri ilə tanış etdi. Sonra isə çıxış üçün söz Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mubarizə Baş İdarəsinin polis palkovnik-leytinantı Fizuli Qurbanova verildi. Fizuli Qurbanov insan alveri, onun fəsadları və ona qarşı aparılan mübarizənin hüquqi aspektləri ilə bağlı geniş məlumat verdi və çıxışının sonunda bu məlumatların hər birimiz üçün faydalı olacağına, tələbələri yaxşı oxumaqla yanaşı hüquqlarını da dərindən bilməyə və onları müdafiə etməyi öyrənməyə səslədi.

 

 

 

Sonra çıxış üçün söz insan alverinə qarşı mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının cənub bölgəsi üzrə koordinatoru Hüquqi Yardım İçtimai Birliyinin sədri İlqar Qasımova verildi. İlqar Qasımov çıxışına "insan alveri nədir?" sualı ilə başladı və bildirdi ki, insan alveri dedikdə güc tətbiq etmə, hədələmə, məcbur etmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən, vəzifədən sui istifadə etməklə insan hüquq və azadlıqlarının pozulması, insanların aldadılaraq istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi və ya alınması və s. başa düşülür. O, insan alverçilərinin qurbanlarını necə tora salmaları barədə məlumat verdi, iştirakçıları, xüsusilə də tələbə-gəncləri ayıq olmağa çağırdı. O, tələbələrə bu tipli hallarla rastlaşdıqda dərhal 152 nömrəli qaynar xətt telefonuna zəng etməyi tövsiyə etdi.

 

 

Növbəti çıxış üçün söz "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovaya verildi. O, "XXI əsrin qadınları" İctimai Birliyinin əsas məqsədi haqqında qısa məlumat verərək  qadınlara kömək məqsədi ilə xxiwomen@mail.ru qaynar xəttinin fəaliyyət göstərdiyini bildirdi.

Mahirə xanım sonda bu tipli tədbirlərin keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikası Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  sədri hörmətli millət vəkili Azay Quliyevə və tədbirin Lənkəran Dövlət Universitetində keçirilməsinə şərait yaradan  Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən  prof. Nizami Yusubova təşəkkünü bildirdi.

Sonda prof. Nizami Yusubov tədbirdə iştirak edən müəllimlərə, tələbələrə və tədbirin keçirilməsinə təşəbbüs göstərən "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovaya, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin polis palkovnik-leytinantı Fizuli Qurbanova, Qeyri-Hökumət Təşkilatları Koalisiyasının cənub bölgəsi üzrə koordinatoru, "Hüquqi Yardım" İçtimai Birliyinin sədri İlqar Qasımova bir daha öz təşəkkürünü bildirdi və tədbiri bağlı elan etdi.

Tədbirdə 200 nəfər müəllim və tələbə heyəti iştirak edirdi.

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator