Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

SAYTIN YENİ VERSİYASI

 

 

Xəbərlər...

 

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ... =>

Faydalı keçidlər

 

 

 

 

 

AKTUAL ELANLAR

 

MƏZUNLARIN NƏZƏRİNƏ

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ...

Daha ətraflı = >

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

 

 

 

 

Amerikalı qonaq LDU-da.

 


ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə baş çəkib. Hörmətli qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib. Qəbul çay süfrəsi arxasında, dostluq və səmimilik şəraitində keçib. Söhbət zamanı professor Natiq İbrahimov ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirib və tərəflər arasında işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını deyib. Universitetdə son illərdə gedən təhsil islahatlarından, maddi –texniki bazanın dünya standartlarına uyğun şəkildə yeniləndiyindən söz açan universitet rəsmisi məqsədlərinin müasir tələblərə cavab verən, bazar rəqabətinə davam gətirən kadr hazırlığı olduğunu,LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını deyib, müəllim-tələbə mübadiləsinin səmərəliliyini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən amerikalı qonaq LDU ilə tanışlıqdan, burda gördüklərindən məmnun olduğunu bildirib . Universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasınI, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirən xanım Nensi bu xətti ardıcıl davam etdirməyi tövsiyə edib.
Amerikalı qonaq LDU-da təhsil alan tələbələrlə görüşə də vaxt tapıb.Tələbələrlə görüş qarşılıqlı dialoq və disskusiya şəraitində, rəsmilərin iştirakı olmadan keçib.
Görüşdən sonra xanım Nensi Selfrici xoş təəssüratını LDU rəhbərliyi ilə bölüşüb və tələbələrin hazırlıq səviyyəsindən, diskussiya bacarıqlarından razı qaldığını deyib. Öz növbəsində professor Natiq İbrahimov da amerikalı qonağa LDU-ya gəldiyinə görə minnətdarlıq bildirib, xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, Monterey və Lənkəran şəhərləri arasında Qardaşlaşmış Münasibətlər haqqında müvafiq razılaşma 2011-ci ilin iyun ayında, Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin Kaliforniya ştatına işgüzar səfəri çərçivəsində imzalanmışdı.

 

 


Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ... =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator