Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

15 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetinin 5302.01 “Ekonometriya” ixtisası üzrə sabiq doktorantı Bağırova Şəfa Vaqif qızının “İqtisadiyyat üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alması üçün dissertasiyasının ilkin müdafiəsi Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusu 207-ci otaqda saat 15:00-da keçiriləcəkdir.
Ünvan: Lənkəran Dövlət Universiteti, 2 saylı tədris korpusu 207-ci otaq.
Lənkəran şəhəri, prof. Hənifə Abdullayev küçəsi - 19.

 

 

 

 

Sənin adınla bağlı xalqımın hər zəfəri...

 


Müasir Azərbaycan tarixinin parlaq siması, xalqımızın umummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü Lənkəran Dövlət Universitetində silsilə tədbirlərlə yad edilib.
LDU-nun rəsmiləri, professor-müəllim-tələbə heyəti səhər saatlarında Lənkəran şəhərində dahi öndərin adını daşıyan mərkəzi meydana gələrək, əbədiyaşar liderin xatirəsini ehtiramla yad ediblər. Anım mərasiminin iştirakçıları Heydər Əliyevin abidəsi önünə təzə-tər çiçəklər düzüblər.
Anım mərasimi universitetin böyük akt zalında elmi konfransla davam etdirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmilərinin də qatıldığı ”Əbədiyaşar ümummilli liderimiz” adlı konfransı giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Ulu öndərin xatirəsi konfrans iştirakçıları tərəfindən 1 dəqiqəlik sukutla yad edilib. Konfrans işinə dövlət himnimizin ifası ilə start verib.

 


Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Heydər Əliyevin Azərbaycan dövlətinin tərəqqisi naminə gördüyü çoxşaxəli yorulmaz fəaliyyətindən söz açıb, bu müdrik şəxsiyyətin ölkədə təhsilin inkişafına böyük önəm verdiyindən faktlar əsasında ətraflı bəhs edib. ”Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla ,həm də bölgənin böyük mədəniyyət mərkəzidir“ deyən ulu öndərin bu ali təhsil ocağında daim hörmətlə anıldığını deyib, ölkədə təhsil islahatlarının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Konfransda LDU-nun baş müəllimi, Humanitar fakültənin dekanı vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudovun “Heydər Əliyev Azərbaycanın əbədiyaşar lideridir”, Xarici dillər kafedrasının müdiri, dosent Kamran Kazımovun ”Sənin adınla bağlı xalqımın hər zəfəri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə bu dahi şəxsiyyətin Azərbaycan və dünya tarixində oynadığı roldan, xalqımızın rifahı, ölkəmizin çiçəklənməsi naminə gördüyü işlərdən, Lənkəran rayonuna etdiyi çoxsaylı səfərlərindən, rəhbərə olan xalq sevgisindən, prezident İlham Əliyev tərəfindən Heydər ƏLiyev ideyalarının uğurla davam etdirilməsindən ətraflı bəhs edilib.
Konfrans Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün universitetlərdə keçirilən ilk dərslər “Heydər Əliyev və Azərbaycan” mövzusuna həsr edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Esmira İsmayılova,
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator