Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

SAYTIN YENİ VERSİYASI

 

 

Xəbərlər...

 

Lənkəran Dövlət Universiteti

XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində - fotolar...

Faydalı keçidlər

 

 

 

 

 

AKTUAL ELANLAR

 

MƏZUNLARIN NƏZƏRİNƏ

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ...

Daha ətraflı = >

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

 

 

 

 

Rusiyalı mütəxəssis LDU-da təlim keçir.

Lənkəran Dövlət Universitetində (LDU) aqrar yönümlü fakültələrdə təhsil alan tələbə və magistrantların təcrübi bacarıqlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək məqsədi ilə xaricdən alınmış tədris laboratoriyaları quraşdırıldıqdan sonra ikinci mərhələyə-maarifləndirici təlimlərə start verilib.
Professor-müəllim-tələbə heyətinin son model laboratoriyaların gücündən düzgün və səmərəli istifadə edə bilmələri məqsədi ilə keçirilən treninq-təlimləri xaricdən dəvət olunmuş peşəkar mütəxəssislər aparır. Çinli mütəxəssislərin iki həftəlik təlimlərindən sonra rusuyalı mütəxəssislərin treninqi başlayıb. Rusiya Federasiyasının “Texnoanalit” Elm-istehsalat mərkəzinin (Tomsk şəhəri) laboratoriya müdiri Tatyana Tolmaçeva ”baytarlıq”, “qida məhsulları texnologiyası”, qida təhlükəsizliyi və ekologiyası”, “aqrokimya” laboratoriyalarında quraşdırılmış son nəsil texnologiyaların işlənmə metodunu təlim iştirakçılarına əyani izah edir, təcrübələr aparılır. Aparılan təcrübi məşğələlərdə tələbə və müəllimlərin iştirakları təmin edilir.
Qeyd edək ki, yeni avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradır.
Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcək.
Ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların , o cümlədən, ağır metalların miqdarının təyini məqsədi ilə təcrübi məşğələlərin təşkili tələbələrin ixtisas biliklərinin səmərəsini artırır, həm də peşəkar fəlaiyyətlərinə yardımçı olur.
Rusiya Federasiyasının “Texnoanalit” Elm-istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik “TA-Ekolab” analizatorunun bu tədqiqatlar üçün etibarlı vasitə olduğunu deyən təlimçi T.P.Tolmaçeva onun işlənmə mexanizmini əyani göstərib, həmçinin, treninq iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
 

 

 

 

 

 

 

 

 

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.
 

Digər xəbərlər =>

2017/2018-ci tədris ilində LDU-nu bu elanda göstərilən ixtisaslar üzrə bitirmiş məzunlar diplomlarını müvafiq şöbədən ala bilərlər ... =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator