Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi

Lənkəran Dövlət Universitetində

3 mart 2017-ci ildə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi Lənkəran Dövlət Universitetində oldu. Nümayəndə heyətindən Siyasi, İqtisadi, Mətbuat və İnformasiya Bölməsinin rəhbəri Denis Daniilidis, nümayəndəliyin Siyasi Müşaviri dr. Auşra Raiştie-Daukantiene Universitet rəhbərliyi ilə görüşdü. İlk tanışlıqdan sonra heyət gəlişlərinin əsas məqsədini 6 ölkənin iştirakı ilə Roma müqaviləsi əsasında yaradılmış Avropa İqtisadi Birliyinin 60-cı ildönümü ilə əlaqədar Lənkəranda eləcə də Lənkəran Dövlət Universitetində Avropa günlərinin keçirilməsi olduğunu bildirdilər. Universitet rəhbərliyi onlara LDU – haqqında məlumat verərək qeyd etdi ki, bizim əsas məqsədlərdən biri də Universitetin qapılarını Avropaya tərəf açmaq, xüsusilə təhsil, elm və mədəniyyət sahələrində əlaqlələr qurmaqdan ibarətdir.

Denis Daniilidis tədbirlər planı haqqında məlumat verərək bildirdi ki, Avropa İttifaqı səfirlərinin də iştirakı ilə 2 avtobusluq heyətin iştirakı nəzərdə tutulur. Universitet tələbələrinə seminarlar keçirəcəklərini, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində film nümayiş etdirəcəklərini, Lənkəran şəhər Mədəniyyət Mərkəzində və Dövlət Dram Teatrında bir sıra sil-silə təbirlər keçirməyi nəzərdə tutulduqlarını bildirdilər.

Denis Daniilidis və dr. Auşra Raiştie-Daukantiene Universitetin İnzibati binasında Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbində, Tarix-Diyarşunaslıq muzeyi ilə tanışlıqdan sonra 2 saylı tədris binasında oldular. Görüşdən razı qalan Nümayəndə heyəti Universitetin inzibati binasının qədim tarixi ilə yanaşı 2 saylı tədris binasının müasirliyi, Lənkəranın qədim tarixi ilə yanaşı mədəniyyət mərkəzlərinin yeniliyini onlar üçün maraqlı olduğunu bildirdilər.

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator