Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xəbərlər...

 

Yeniliklər

 

Faydalı keçidlər

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

05-06 may 2017-ci il tarixdə LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı Respublika Elmi Konfransı keçirildi =>

 

 

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İH ilə birgə Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir =>

 

08.05.2017

 

LDU-da Avropa günləri.

 

 
Mayın 6-dan Lənkəran şəhərində Avropa İttifaqının Bakı nümayəndəliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Avropa günü”nə (Şuman günü) start verilib. Bu ilki “Avropa günü” Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə yanaşı, Avropa İttifaqına üzv olan 15-dən artıq ölkənin səfir və nümayəndələri Lənkəranda tədbirə qatılaraq ölkələrini təmsil ediblər. Lənkəranın ev sahibliyi etdiyi bu mötəbər tədbirin bir hissəsi LDU-da keçirilib və universitetin professor-müəllim-tələbə heyəti Avropa günləri çərçivəsində rayonda keçirilən geniş miqyaslı tədbirlərin fəal iştirakçısı olub.
Qeyd edək ki, 6 may tarixində avropalı qonaqlar Lənkəran Dövlət Universitetində dil kurslarının açılış mərasiminə qatılıblar. 200-ə qədər universitet tələbəsinin qatıldığı 8 qrupda 45 dəqiqə müddətində mötəbər qonaqlar 8 Avropa ölkəsinin dili haqqında tələbələri məlumatlandırıblar. Yunan, isveç, fransız (belçika), alman, macar, ispan, ingilis, polyak dilində keçirilmiş məşğələlər həm orijinal təşkili, həm xarici qonaqların və tələbə-müəllim heyətinin fəallığı, innovativ yanaşma xüsusiyyətləri ilə diqqətçəkən olub. Tələbələrin suallarını həvəslə cavablandıran avropalı qonaqlar göstərdikləri qabiliyyət və bacarığa görə təlim iştirakçılarına bu mötəbər qurumun xatirə hədiyyələrini təqdim ediblər.
Həmin gün Lənkəran Dövlət Universitetinə səfər edən hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən proffessor Natiq İbrahimov qəbul edib. Səmimi şəraitdə keçən qəbul zamanı universitet rəsmisi avropalı qonaqlara və diplomatik korpusun səlahiyyətli nümayəndələrinə bu elm ocağının 25 il ərzində keçdiyi yol və qazandığı uğurlar, beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq bildirən avropalı qonaqlar söhbət əsnasında LDU ilə qoca qitənin elm ocaqları arasında elmi-texniki əməkdaşlığın mümkün perspektivlərini müzakirə ediblər. Qonaqlar görüşün sonunda LDU-nun xatirə kitabına ürək sözlərini yazaraq bu elm ocağında təhsilin yüksək səviyyədə təşkilindən razı qaldıqlarını dilə gətiriblər.
6 may tarixində LDU-nun tələbə-müəllim heyətinin də iştirakı ilə Avropa istehsalı olan filmlərə də baxış keçirilib.
Qeyd edək ki, 6 May tarixində Lənkəran mədəniyyət mərkəzinin elektron kitabxanasında LDU tələbələrinin iştirakı ilə BREYN-RİNQ intellektual yarışması keçirilib. 6 komandanın hər birində 6 olmaqla 36 nəfər iştirak edib. Bu maraqlı elm-bilik yarışmasının qalibi “Atom” komandası olub. Qaliblərlə yanaşı, intelektual yarışmanın bütün iştirakçılarına Avropa İttifaqının xatirə hədiyyəlləri paylanılıb.
Lənkəranda keçirilən “Avropa Günü” (Şuman günü) tədbirlərinin ikinci günü, mayın 7-də Lənkəran Dövlət Universitetində tələbələr üçün növbəti dəfə çex, fransız, litva, fin, portuqal və ingilis dillərində təlim kursları təşkil edilib. Dil kurslarının sonunda müdavimlərə hədiyyələr paylanılıb, xatirə şəkilləri çəkilib.
Dil kursları başa çatdıqdan sonra Gənclər Mərkəzində tamaşaçılar üçün Hollandiya istehsalı olan “Təsadüflərin bir-biri ilə bağlılığı” və Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmişsiniz” filmləri nümayiş etdirilib.
Günün ikinci yarısında Heydər Əliyev Mərkəzində Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin sədri xanım Mard Malena, Avropa İttifaqına üzv olan dövlətlərin - Almaniya, Macarıstan, Latviya, Hollandiya, Portuqaliya, Rumuniya və İsveçin ölkəmizdəki səfirləri, habelə Belçika və Çexiya səfirliklərinin nümayəndələri ilə universitet tələbələrinin görüşü keçirilib.
Tədbirdə Avropa İttifaqının 60 illiyinə və Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının 25 illyinə həsr olunmuş video-çarxlar nümayiş etdirilib.
Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin sədri xanım Malena Mard bu günkü Avropa İttifaqının İkinci Dünya Müharibəsindən sonra dağılmış vəziyyətdə qalmış Avropanı bərpa etmək və birləşdirmək məqsədilə 1957-ci ildə yaradıldığını bildirib.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski isə çıxışında ölkəsinin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrə təqaüdün verildiyini vurğulayaraq bu siyahıya lənkəranlı gənclərin də adlarının daxil ediləcəyini diqqətə çatdırıb.
Görüşün sonunda səfirlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, rəngarəng tədbirlərlə yadda qalan “Avropa Günü” mayın 11-dək davam edəcək. Həmin müddətdə şəhərin Gənclər Mərkəzində Latviya istehsalı olan “Ana, mən səni sevirəm”, Litva istehsalı olan “Eyvan”, İngiltərə istehsalı olan “Ethel və Ernest”, Portuqaliya istehsalı olan “Pişiklərin başı gicələnmir”, Fransa istehsalı olan “Bell və Sebastian”, İspaniya istehsalı olan “Qeybə çəkilmiş tədqiqatçı” filməri nümayiş etdiriləcək.
Xatırladaq ki, 60 il bundan əvvəl II Dünya Müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün 500000 insanı təmsil edən təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Avropa İttifaqı bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Qurumun Azərbaycanla iqtisadi, siyasi və mədəni əlaqələri gündən-günə inkişaf etməkdədir. Bu ilki “Avropa günü”nün məhz Azərbaycanda keçirilməsi buna əyani sübutdur.
 

foto 2 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 9 foto 10 foto 11 foto 12 foto 13 foto 14 foto 15

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator