Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

LDU-da Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi

tərəfindən tələbələr arasında "Azərbaycan tarixini öyrənək"

adlı  bilik  yarışması keçirildi.

 

19 may 2016-cı il  tarixində LDU da Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi (DAGBHC)  tərəfindən tələbələr arasında "Azərbaycan tarixini  öyrənək" adlı  bilik  yarışması keçirilmişdir.

 

 

Tədbiri  giriş sözü ilə açan LDU Tələbə Gənclər Təşkilatının  sədri Emin  Həmidli DAGBHC-in Universitetdə keçirdiyi tədbirlər, həyata keçirdiyi lahiyələri, bilik yarışmaları haqqında məlumat verdi. Təbiyyat fakültəsinin  dekanı  dosent Məlahət  Ağayeva, "Tarix və Fəlsəfə" kafedrasının  müdiri Rakif İbadov çıxış  edərək, bilik yarışmasını təşkil etdiyinə  görə DAGBHC-in prezidenti Tofiq  Əli-zadəyə  minnətdarlıqlarını  bildirdilər.

 

 

Daha  sonra  çıxış edən layihənin icraçısı Tofiq Əli-zadə tədbirin mahiyyəti haqqında məlumat  verərək, hər  bir Azərbaycanlının, hər bir Azərbaycanlı gəncin çoxminillik  tariximizin öyrənməsinin zəruriliyini  bildirdi. İki mərhələdən ibarət olan bilik yarışında 60-dan çox tələbə iştirak etdi. Tələbələrə Azərbaycan tarixinin müxtəlif dövrlərindən hər  mərhələdə 30 sual olmaqla, ümumilikdə 60 sual

təqdim edildi.

 

 

 

Bilik yarışmasının qalibi Tarix və coğrafiya ixtisasının I tədris ilinin tələbəsi Talibzadə Aytac oldu.

II yer - ingilis dili müəllimliyi ixtisasının II  tədris ili üzrə tələbəsi Elmar İbadov.

III yer - Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ili üzrə tələbəsi Fatima Abbasova

Sonda qaliblərə sertifikat və hədiyyələr təqdim edildi.

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator