Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində

"Multikultural dəyərlər və azərbaycançılıq"

mövzusunda zona müşavirəsi keçirilib

 

 

2 May 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası və Lənkəran Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda zona müşavirəsi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov. Milli Məclisin deputatı Rəşad Mahmudov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri və YAP fəalları iştirak ediblər.   

 

 

Müşavirədə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Nizami Yusubov da iştirak və çıxış etmişdir. Prof. Nizami Yusubov çıxışında Lənkəran Dövlət Universitetində multikultural dəyərlər və azərbaycançılıq ideyalarının qorunması və daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmış, LDU kollektivinin Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş Azərbaycançılıq ideyalarının ətrafında daha sıx birləşəcəyini və bu yöndə ölkə rəhbərliyinin qarşıya qoyduğu bütün vəzifə və tapşırıqların icrası üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini söyləmişdir.

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator