Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

09.11.2017:

 

Lənkəranda leysan yağışda möhtəşəm “Bayraq yürüşü”.

 


Bu gün Lənkəranda yağan güclü yağış da “Bayraq yürüşü”nə mane ola bilməyib. 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Lənkəran Dövlət Universitetinin təşəbbüsü ilə keçirilən möhtəşəm bayram yürüşündə universitetin professor-müəllim-tələbə heyəti ilə yanaşı, Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri də iştirak ediblər.
Şəhərin Heydər Əliyev prospektinin girəcəyindən start götürən yürüş Dövlət Bayraq Meydanına qədər davam edib. Güclü leysan yağışın yağmasına baxmayaraq bayraq yürüşünə hər iki təhsil müəssisəsindən təqribən mindən çox iştirakçı qatılıb. 4km-lik məsafəni əhatə edən yürüş boyu vətənpərvərlik ruhunda şüarlar səsləndirilib, Azərbaycan bayraqları əzəmətlə dalğalandırılıb.
Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi, mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.  Hələ 1990-cı ilin noyabrında, dövlət müstəqilliyimizin elan olunmasından əvvəl, sovet hakimiyyətinin mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. O vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etmişdi”.
Professor Natiq İbrahimov Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Xatırladaq ki, ötən il də Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilmişdi.

 

 

 

 

 

 


 

 



 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator