Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Lənkəran Dövlət Universiteti üzrə

ƏMR№ 2/32

 Lənkəran şəhəri                                                                                           10 mart 2017-ci il

 Lənkəran Dövlət Universitetinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi barədə

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali, orta və ilk peşə təhsilli müəssisələri şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi qərara alınmışdır.  Festivalın keçirilməsində məqsəd gənclərimizi milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirməkdir. Qeyd olunanları və mövcüd qanunvericiliyi  nəzərə alaraq

əmr edirəm:

1.    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilsin.

2.    Bədii yaradıcılıq festivalı Lənkəran Dövlət Universitetinin və LDU Həmkarlar İttifaqı Komitəsinin birgə tədbiri sayılsın.

3.    Bədi yaradıcılıq festivalının keçirilməsi məqsədi ilə universitet üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın.

3.1. Prof. Y.B.Ağazadə - Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən,  sədr;

3.2. b/m.M.C.Bayramov - Həmkarlar ittifaqı komitəsinin sədri, üzv;

3.3. b/m.Z.İ.Məmmədov- Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri,  üzv;

3.4. b/m.E.Ə.Əliyev- Elmi katib, üzv;

3.5. müəl A.Ə.Quliyev  – İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri, üzv;

3.6. A.N.Nəsibova – Tələbə Həmkarlar Təşkilatının sədri, üzv

4.    Bədi yaradıcılıq festifalının münsiflər heyəti üzvlərinin tərkibi  aşağıdakı kimi  təsdiq edilsin.

4.1. dos.K.Ş.Kazımov- Xarici dillər Kafedrasının müdiri,  sədr;

4.2. dos.E.M.Səfərli-Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının müdiri, üzv;

4.3. dos.A.B.Əliyev-ibtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiri, üzv;

4.4. müəl.X.VRəhimova - Məzunlarla iş və təcrübələrin təşkili bölməsinin rəhbəri, üzv

4.5. S.M.Mirzəyeva – Riyaziyyat-informatika kafedrasının b/m, üzv;

6.  İKT və Kitabxana Mərkəzinin rəhbəri Ənvər Şahqubadbəyliyə tapşırılsın ki, Bədii yaradıcılıq festivalı haqqinda məlumatı Universitetin web saytında (www.lsu.edu.az) işıqlandırılması təmin edilsin.

7.   Əmrin icrasına nəzarət  Tədrisin təşkili və  təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən riy.ü.f.d. Dos İ.M. Əsgərova tapşırılsın.

 Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 02 fevral 2017-ci il tarixli qərarı.

  

                      Rektor vəzifəsini icra edən:                            professor N.İbrahimov

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator