Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

LDU yeni tədris ilinə hazırdır =>

Faydalı keçidlər

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

 

15 sentyabr 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Bilik günü” qeyd olunacaqdır. Tədbirdə LDU-nun tələbələri, professor-müəllim heyəti, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edəcəkdir...

Ətraflı =>

 

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

2018-ci il oktyabrın 11/13-də Türkiyə Respublikasının Necmettin Erbakan Universiteti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doğumunun 800-ci ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.

 

 

 

 

Lənkəran Dövlət Universitetində

15 sentyabr Bilik Günü təntənəsi baş tutub.

Respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Gününə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verildi.
Bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik etdi.Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını bildirdi.Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən, əməli fəaliyyətdən bəhs etdi, yeni tədris laboratoriyalarının quraşdırılmasını 2018-2019-cu tədris ilinin ən uğurlu yeniliyi kimi dəyərləndirdi və bu istiqamətdə işlərin davamlı aparılacağını xüsusi vurğuladı.

 


Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyəti Başçısının I müavini Möhübbət Babayev, universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov, ictimai şuranın sədri Sərhad Məmmədov, valideynlərdən Sahilə Heydərova, Azad Mirzəyev, yüksək balla LDU-ya qəbul olunmuş tələbə və magistrlər çıxış edərək tələbə və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik ediblər.Qeyd edək ki, bu ilki qəbulda ən uğurlu nəticəni Aynur Əliyeva (645 bal), Leyla Heydərova( 611 bal) əldə ediblər.
Tədbirdə yüksək bal toplamış tələbə və magistrlərə təntənəli şəkildə tələbə biletləri və planşetlər hədiyyə olunub.
Bu günkü Bilik Gününün ən əlamətdar hadisələrindən biri də II saylı tədris korpusunda müasir tələblərə tam cavab verən yeməkxana binasının açılışı olub.
Xatırladaq ki, hazırda LDU-da 27 ixtisas üzrə 3500 nəfərə yaxın tələbə təhsil alır. 2018-2019-cu tədris ilində Lənkəran Dövlət Universitetinə 977 bakalavr və 64 magistr qəbul olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər =>

LDU yeni tədris ilinə hazırdır =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator