Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı ===>

 

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının NƏTİCƏLƏRİ ===>

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnologiya və texniki fənlər kafedrasının dosenti Mikayıl Əkbər oğlu Məhərrəmova  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 fevral 2018-ci il tarixli qərarına əsasən texnika üzrə elmlər doktoru elmi dərəcəsi və diplomu verilmişdir...

Daha ətraflı =>

 

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

 

 

“Mənim tanrım gözəllikdir, sevgidir”...

 


Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, qüdrətli söz ustadı, istedadlı şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında xatirə tədbiri ilə yad edilib.
Lənkəran Dövlət Universiteti (LDU) ilə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının birgə təşkil etdiyi tədbiri universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açıb.Kamran Kazımov Hüseyn Cavidi Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti olan istedadlı dramaturq, şair, vətənpərvər ziyalı kimi səciyyələndirib,təkrarsız, əbədiyaşar poeziyası barədə söz açıb, yaradıcılığını ədəbiyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirib.

 


Şair-dramaturq Hüseyn Cavidin keşməkeşli həyat və yaradıcılıq yolu, zəngin ədəbi irsi, dahi sənətkarın Azərbaycan ədəbiyytaında yeri, təkrarsız söz sənəti LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosent Mirhüseyn Abbasın məruzəsində əksini tapıb. Məruzədə dahi ədibin yaradıcılığı ətraflı təhlil edilib, ədəbiyyatımızın inkişafına göstərdiyi müsbət təsir vurğulanıb.

 


Rəsmi hissədən sonra teatrın aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.Dahi ustadın əsərlərindən parçaları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Şəbnəm Hüseynova, Səyyad Əliyev , Günel Abbaszadə və başqaları ifa ediblər.Tədbirin rejissoru respublianın əməkdar artisti Adil Zeynalov idi.

 

 


Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator