Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

 

 

 
 

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir.

 

 

Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində olub. Qonaqla görüşən professor Natiq İbrahimov LDU-ya təşrif buyurduğuna görə professor Saadəttin Baloğluna minnətdarlıq bildirib.
Dostluq və səmimilik şəraitində keçən söhbət zamanı Türkiyənin Şukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılması,müəllim-tələbə mübadiləsinin təşkili və s. barədə ətraflı fikir mübadiləsi edilib.Professor Saadəttin Baloğlu 50 illik təcrübəyə malik Çukorova Universitetinin əldə etdiyi təhsil uğurlarından geniş bəhs edib.Söhbət zamanı bu iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda kadr hazırlığının inkişaf perspektivləri,təlimlə təcrübənin vəhdəti,universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələr geniş müzakirə edilib.

 


LDU-ya səfəri çərçivəsində professor Saadəttin Baloğlu universitetin tədris-təcrübə sahəsinə baş çəkib,yardımçı təsərrüfatda aparılan işlərlə tanış olub.Aqrar və mühəndislik fakültəsinin dekanı Balayar Şahbazov LDU-nun 2,5 hektarlıq yardımçı təsərrüfatında aparılan işlərdən danışıb,bu günlərdə 1 hektarda yeni çay plantasiyasının salınacağını bildirib.Hörmətli qonaq sitrus bitkilərin becərildiyi istixanaya baş çəkib,feyxoa sahəsini gəzib.
İki universitet arasında tanışlıq görüşü professor-müəllim heyətinin iştirakı ilə dəyirmi stol arxasında davam etdirilib.LDU-nun elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov LDU-nun beynəlxalq əlaqələrin genişləndirilməsində ,Türkiyə Cumhuriyyətinin aparıcı ali təhsil ocaqları ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.Professor Saadəttin Baloğlu Çukorova Universiteti haqqında tanıtım çarxını təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 


LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov maraqlı görüşə və ikitərəfli əlaqələrin qurulmasında göstərdiyi dəstəyə görə rəhbərlik adından hörmətli qonağa minnətdarlıq bildirib.

 

 

 

 

 

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Fotomüxbir: Əyyar Bədəlov.

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator