Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

Çukorova universiteti ilə əməkdaşlıq

LDU üçün yeni iqtisadi imkanlar açır.


LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində qonaq olan Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlunun cənub bölgəsi və Lənkəran Dövlət Universiteti ilə tanışlığı davam edir.
3 günlük səfər proqramı çərçivəsində hörmətli qonaq LDU-nun professor –müəllim heyətinin müşayiəti ilə Lənkəranda sitrus bağçılığın və çayçılığın inkişafı ilə yerlərdə əyani tanış olub,bu sahənin mütəxəssisləri ilə görüşlər keçirib.”Yaşıl çay”fermer təsərrüfatında qonaq olan türkiyəli alim burada son iki ildə çayçılığın və sitrus bağçılığın inkişafı istiqamətində aparılan işlərdən,tədbiq olunan yeni təsərrüfatçılıq metodlarından,əldə edilən nəticələrdən razı qaldığını bildirib.
Səfər çərçivəsində professor Saadəttin Baloğlu LDU-da geniş auditoriyada aqrar yönümlü ixtisaslarda təhsil alan tələbələr və professor- müəllim heyəti üçün seminar-mühazirə keçirib.Türkiyəli alim mühazirəsində təmsil etdiyi Çukorova Universitetində sitrus bağçılığın inkişafı istiqamətində həyata keçirilən layihələr,əldə edilən iqtisadi səmərə ,elmlə təcrübənin uzlaşdırılmasının verdiyi keyfiyyət göstəriciləri və s.barədə geniş bəhs edib. Eyni zamanda, sitrus bağçılıq üçün əsas olan torpaq qatının öyrənilməsi,ziyanvericilərə qarşı mübarizə,bitki mühafizəsi,məhsuldarlığın artırılması üçün vacib olan faktorlardan söz açıb. Seminar mühazirədə aparılan elmi işlər və nəticələri slaydlar vasitəsi ilə nümayiş etdirilib, tələbə və müəllimlərin sualları cavablandırılıb.

 


Seminardan sonra aqrar və mühəndislik fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə keçən söhbət-diskussiyada Çukorova Universitetində sitrus bağçılığın inkişafı istiqamətləri,ixrac potensialı və bu faydalı təcrübədən LDU-dan istifadə imkanları geniş müzakirə edilib.
LDU-ya səfərinin yekununda professor Saadəttin Baloğlu və hidromexanika üzrə mütəxəssis Cuneyd Terkuran universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüblər . Qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı Türkiyənin Çukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında ikitərəfli əlaqələrin genişləndirilməsi ,müəllim-tələbə mübadiləsinin təşkili müzakirə mövzusu olub. Bu iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda kadr hazırlığının inkişaf perspektivləri,təlimlə təcrübənin vəhdəti,universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələrdən geniş bəhs edilib. Xatırladaq ki, LDU-da 5 hektar sahədə sitrus bağçılığı inkişaf etdirmək,1 hektar sahədə çay plantasiyası salmaq məqsədilə işlərə start verilib və universitet bu məqsədlə Türkiyənin Çukorova Universitetinin təcrübəsindən bəhrələnmək niyyətindədir.

 

 



Esmira İsmayılova,

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Fotomüxbir: Əyyar Bədəlov.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator