Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xəbərlər...

 

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə Açıq Qapı Günü və Məzun Yarmarkası keçiriləcəkdir =>

 

Faydalı keçidlər

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı respublika elmi konfransı keçiriləcəkdir =>

 

 

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İH ilə birgə Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir =>

 

LDU-da “Azərbaycanın təhsil müəssisələrində rus dilinin tədrisi vəziyyəti,

bu sahədə olan problemlər və qarşıda duran vəzifələr”

mövzusunda video-debat təşkil olunub.

 

Lənkəran Dövlət Universitetində “Azərbaycanın təhsil müəssisələrində rus dilinin tədrisi vəziyyəti, bu sahədə olan problemlər və qarşıda duran vəzifələr” mövzusunda Azərbaycan və Rusiya təhsil ekspertlərinin iştirakı ilə video-debat təşkil olunub. Müzakirədə LDU-nun professor-müəllim heyəti və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin təmsilçiləri iştirak edib.


Rusiyalı təhsil ekspertləri Aleksey Stepanov,Sergey Borisov və Yelena Borisova Azərbaycanda rus dilinin tədrisi vəziyyəti ilə bağlı apardıqları araşdırmalardan,bu sahədə olan müsbət tendensiyadan,ölkəmizdə rus dilinə dövlət səviyyəsində diqqət göstərilməsindən,paytaxt Bakıda vəziyyətin ürəkçan olduğundan söz açaraq bölgələrdəki durumla maraqlanıblar.


LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bu elm ocağında rus dilinin ilk illərdən xarici dil kimi tədris olunduğunu,Rusiya və Avropada fəaliyyət göstərən universitetlərlə sıx əməkdaşlıq və təcrübə mübadiləsi etdiklərini,birgə elmi-praktik konfransların keçirildiyini rusiyalı ekspertlərin diqqətinə çatdırıb,həmçinin onları maraqlandıran çoxsayı suallları cavablandırıb.


LDU-nun xarici dillər kafedrasının müdiri ,dosent Kamran Kazımov rusiyalı ekspertlərə bu sahədə səmərəli dialoqun,elmi-praktik mübadilənin vacibliyini qeyd edib.Bildirib ki,Rusiya Təhsil Nazirliyi bu istiqamətdə əməli addımlar atmalı,Azərbaycanın bölgələrində praktik məşğələlər ,elmi müzakirələr keçirməkdə,rus məktəblərini vaxtaşırı yeni ədəbi nəşrlərlə təmin etməkdə maraqlı olmalıdır.
Lənkəranın orta umumtəhsil məktəblərində rus dilinin tədrisi vəziyyəti barədə şəhər 4 nömrəli humanitar təmayüllü məktəb litseyin direktoru Yeganə Əsgərova məlumat verib.Bildirib ki,hazırda rayonda 6 məktəbdə tədris Azərbaycan dili ilə yanaşı,rus dilində də aparılır.Bu məktəblərin məzunları ali təhsillərini əksər hallarda Rusiya və digər MDB ölkələrində davam etdirirlər.Məktəb rəsmisi Rusiyanın təhsil müəssisələri ilə əlaqələrinin olmadığını deyib və qarşılıqlı təhsil mübadiləsinin vacibliyini qeyd edib.
Video-bağlantıda rus dili ilə yanaşı,təhsilin digər vacib istiqamətləri də müzakirə olunub.
Müzakirələrdə LDU-nun xarici dillər kafedrasının və 4 nömrəli məktəb litseyin müəllim və şagirdləri iştirak edərək mövzu ilə bağlı təklif və rəylərini səsləndiriblər.
Video-debata professor Natiq İbrahimov yekun vuraraq rusiyalı təhsil ekspertlərinə maraqlı və səmimi dialoqa görə minnətdarlıq bildirib,onları vəziyyətlə əyani tanış olmaq məqsədi ilə Lənkərana dəvət edib.Ekspert qrupunun rəhbəri A.Stepanov dəvəti qəbul edərək bu elm ocağı ilə münasibətləri davam etdirəcəklərinə söz verib.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator