Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

LƏNKƏRAN  DÖVLƏT UNİVERSİTETİ

Ə M R № 2/37

 Lənkəran şəhəri                                                                  16  mart  2017-ci il

 25.03.2017-ci il tarixində tədris olunan dərslərin 27.03.2017-ci il tarixinə keçirilməsi haqqında

 Nazirlər Kabinetinin 25 noyabr 2016-cı il tarixli 483 nömrəli qərarına əsasən Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart tarixləri iş günü hesab edilməmişdir.  25.03.2017-ci il tarixi şənbə günü olduğundan həmin gün digər ali təhsil müəssisələrindən fərqli olaraq  Lənkəran Dövlət Universitetində tədris günü hesab olunur. Bununla əlaqədar 25.03.2017-ci il tarixində tədris olunan dərslərin 27.03.2017-ci il tarixində keçirilməsi ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. İdrak Əsgərovun təqdimatı daxil olmuşdur.  Qeyd olunanları və mövcüd qanunvericiliyi nəzərə alaraq

əmr edirəm:

 

1.   Universitet üzrə  25 mart 2017-ci il tarixi qeyri iş günü hesab olunsun.

2.   25.03.2017- ci il tarixində cədvəl üzrə  tədris olunması nəzərdə tutulan dərslər  27.03.2017-ci il     tarixinə keçirilməklə tədris olunsun.

3.   İnsan resursları və kargüzarlıq şöbəsinə və fakültə dekanlarına tapşırılsın ki, əmrdən irəli gələn vəzifələri yerinə yetirsinlər.

4.   Əmr Universitetin bütün korpuslarında elanlar lövhəsindən asılmaqla elan olunsun.

5.   İnformasiya kommunikasiya texnologiyaları və kitabxana mərkəzinin direktoru Ənvər Şahqubadbəyliyə tapşırılsın ki, əmrin Universitetin rəsmi internet saytında elan olunmasını təmin etsin.

6.    Əmrin icrasına nəzarət Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. İdrak Əsgərova tapşırılsın. 

 

Əsas: AR Nazirlər Kabinetinin 25.11.2016-cı il tarixli 483 saylı qərarı, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. İdrak Əsgərovun təqdimatı

 

Rektor vəzifəsini icra edən:               prof. Natiq İbrahimov

 

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator