Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Universitetində

"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"

mövzusunda elmi-praktik konfrans keçirildi.

 

 

   Konfransı giriş sözü ilə Uniersitetin rektoru vəzifəsini icra edən, texnika elmləri doktoru, professor Nizami Yusubov açaraq, iştirakçıları salamladı və qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev  milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə həmişə böyük diqqət yetirmiş, onun Azərbaycançılıq məfkurəsinin formalaşması istiqamətində əsas xətt kimi götürülməsini tövsiyə etmişdir.

   Prof. Nizami Yusubov bildirdi ki, LDU bundan sonra da regionda və ümumiyyətlə, respublikada keçiriləcək elmi, mədəni və digər sahələr üzrə tədbirlərin aktiv iştirakçısı və təşəbbüsçüsü olmağı planlaşdırır və qapılarımız bu yöndə universitetlə əməkdaşlıq etmək istəyən hər bir kəsin üzünə daim açıq olacaqdır.

   Konfransda məruzə ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsinin müdiri Qağayı Məmmədov və LDU-nun Tarix və fəlsəfə kafedrasının müdir əvəzi, tar.e.n. Rakif İbadov çıxış etdilər.

   Məruzələr ətrafında Vüqar Şahbazov - Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi, Samid Quliyev - AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun doktorantı, Kamal Mahmudov - LDU-nun Tarix və fəlsəfə kafedrasının baş müəllimi çıxış etdilər. Çıxışlarda söylənilən fikirlər geniş müzakirələrə səbəb oldu

   Sonda prof. Nizami Yusubov çıxış edərək, konfrans iştirakçılarına dərin minnətdarlığını bildirdi və LDU-nun respublikada və ondan kənarda fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət qurumları ilə, o cümlədən də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduğunu vurğuladı.

   Konfransda ictimaiyyətin müxtəlif təbəqələrindən olan nümayəndələr də iştirak edirdi.

Ənvər Şahqubadbəyli

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator