Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

05-06 may 2017-ci il tarixdə LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı Respublika Elmi Konfransı keçirildi =>

 

 

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İH ilə birgə Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir =>

 

11.05.2017

 

LDU təhsil islahatları ilə bağlı keçirilən

virtual sorğuda ikinci oldu.

 


Ölkədə təhsillə bağlı fəaliyyət göstərən az sayda media qurumlarından biri olan “Məktəb Guşəsi” saytının keçirdiyi ”Hansı universitetlərdə islahatların getdiyini düşünürsünüz?” adlı virtual sorğunun nəticələri məlum olub. Paytaxtda və bölgələrdə fəaliyyət göstərən 31 universitet arasında keçirilən sorğunun yekununa görə Lənkəran Dövlət Universiteti 2-ci yerdə qərar tutub.Virtual səsverməyə qatılan tələbə və müəllimlərin əksəriyyəti LDU-da təhsil islahatlarının uğurla aparıldığına əminliyini ifadə edib.
“Məktəb guşəsi” saytının sorğunun qalibləri üçün tərtib etdiyi diplomun təqdimetmə mərasimində LDU-nun professor-müəllim heyəti,bu media qurumunun rəsmiləri,təhsil və media ekspertləri iştirak edib.Tədbiri giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və qonaqlara bu elm ocağı,son bir ildə aparılan təhsil islahatlarının gedişi,müasirləşən maddi - texniki bazası barədə ətraflı məlumat verib.Ölkədə təhsilin inkişaf istiqamətlərini düzgün və operativ işıqlandırmağın ,qabaqcıl təcrübələrin media vasitəsilə təbliğinin vacibliyini qeyd edən universitet rəsmisi gələcəkdə də bu istiqamətdə sorğuların aparılmasını lazımlı hesab etdiyini bildirib.
“Məktəb guşəsi” saytının rəhbəri Məzahir Məmmədli LDU ilə qısa tanışlığın onlarda xoş təəssürat yaratdığını,yeni istifadəyə verilmiş tədris korpusunun müasir tələblər səviyyəsində qurulduğunu,bu elm ocağında aparılan islahatların müəllim və tələbə heyəti tərəfindən dəstəklənməsinin gələcək uğurlara zəmin olacağını bildirib.Sonra Məzahir Məmmədli təsis etdikləri diplomu professor Natiq İbrahimova təqdim edib.
Təqdimetmə mərasimində tanınmış təhsil eksperti Nadir İsrafilov,media eksperti Nəzirməmməd Zöhrablı ,LDU-nun kafedra müdiri ,dosent Kamran Kazımov çıxış edərək təhsildə islahatların gedişi,bu sahədə həllini gözləyən problemlər,müasir dünya təcrübəsi və s.barədə fikir mübadiləsi ediblər.
Tədbirin sonunda LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitetin xatirə hədiyyələrini təqdim edib.
Sonda xatirə şəkilləri çəkilib.
 

 

foto 1 foto 2 foto 3 foto 4 foto 5 foto 6 foto 7 foto 8 foto 9 foto 10 foto 11 foto 12 foto 13 foto 14 foto 15

  •  

  •  


 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator