Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

 

Faydalı keçidlər

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

LDU-da yaz imtahan sessiyası yekunlaşmaq üzrədir.


Lənkəran Dövlət Universitetində 4/45 nömrəli 21.04.2017-ci il tarixli əmrlə əyаni təhsilalma forması üzrə bаkаlаvriat səviyyəsinin I-III tədris ili, magistratura səviyyəsinin I tədris ili, qiyаbi təhsilalma forması üzrə bаkаlаvriat səviyyəsinin I-IV tədris ili və mаgistrаturа səviyyəsinin II tədris ili akademik qruplarında 2016/2017-ci tədris ilinin yaz semestri üzrə imtahan sessiyası başa çatmaq üzrədir. 05.07.2017-ci tarixinədək keçirilməsi nəzərdə tutulan imtahan sessiyasında bаkаlаvriat səviyyəsi üzrə 21 ixtisasın 82 akademik qrupunda və magistratura səviyyəsi üzrə 9 ixtisaslaşmanın 9 akademik qrupunda, ümumilikdə,1989 tələbə (magistrant) iştirak edib.
Qeyd edək ki, verilən əmrə əsasən sessiyanın gedişi zamanı imtahanların nəticəsində baş verə biləcək narazılıqların və şikayətlərin mövcüd qaydada araşdırılması və həll edilməsi məqsədi ilə LDU-da Appelyasiya Komissiyası fəaliyyət göstərib. Оpеrаtiv Qərаrgаhın əlаqə tеlеfоnlаrı 25-5-27-86, 25-5-24-17 kimi müəyyənləşdirilmişdir. İmtahan sessiyası müddətində 1 saylı tədris binasında 308 №-li, 2 saylı tədris binasında 205 №-li otaqlar uyğun olaraq müvafiq Apellyasiya Komissiyaları üçün ayrılıb.Bu günə kimi 1 saylı tədris binasında fəaliyyət göstərən Appelyasiya Komissiyasına 194 müraciət, 2 saylı tədris binasındakı Appelyasiya Komissiyasına isə 100 yazılı müraciət daxil olub və operativ olaraq araşdırılıb.

 


LDU-da bakalavriat səviyyəsində 4 fakültədə 16 ixtisas üzrə 533 məzun Yekun Dövlət Attestasiyasına buraxılıb. Yekun Dövlət Attestasiyası LDU üzrə 4/10 nömrəli 09.02.2017-ci il tаriхli əmrlə təsdiq olunmuş Dövlət Attestasiya Komissiyaları tərəfindən 23.06.2017-ci il tarixindən 01.07.2017-ci il tarixinə kimi təşkil olunub. Dövlət Attestasiya Komissiyası üzvlərinin rəyinə görə,bu ilki məzunların bilk səviyyəsi əvvəlki illərə nisbətən xeyli artıb.

 

 

LDU-da imtahanların gedişi rektor vəzifəsini icra edən prpfessor Natiq İbrahimov və universitetin digər rəsmiləri tərəfindən daim diqqətdə saxlanılıb,mütəmadi izlənilib.
Xatırladaq ki,bütün imtahan nəticələri universitetdə tədris prosesinin idarə edilməsinə tətbiq edilən E-Jurnal sistemi vasitəsilə emal edilib. Tələbələrə gündəlik imtahan nəticələrini və imtahanqabağı balları barədə məlumatları e.lsu.edu.az ünvanından öyrənmək imkanı yaradılıb.
Yaz imtahan sessiyasından üzüağ çıxan bütün tələbələri təbrik edir,məzunlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!LDU məzunlarının xoş sorağını gözləyir!

 

 


 

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator