Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

10 mart 2017-ci il.

 

LDU-da  “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi:

Gənclərin qarşısında duran vəzifələr” mövzusunda seminar keçirildi

 

10 mart 2017-ci il tarixində Lənkəran Dövlət Universitetinin, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə LDU-nun müəllim-tələbə kollektivi, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri və əməkdaşları, TUMİB-in sədri və nümayəndələri iştirak etdilər.

Seminarı TUMİB-in sədri Çingiz Bayramov açaraq bildirdi ki, tədbirin əsas məqsədi İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir. İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirdi. Ç.Bayramov qeyd etdi ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh, həmrəylik, dostluq dini olduğunu bildirərək, cənab Prezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının mühüm təşəbbüs olduğunu diqqətə çatdırıb.

LDU-nun Elm və Beynəlxalq əlaqələr şöbəsinin müdiri b/m. Zaur Məmmədov gənclər arasında belə tədbirlərin keçirilməsinin, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğuladı.

TUMİB İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Orxan Vəliyev və Səbinə Novruzadə çıxışlarında milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildiriblər.

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator