Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xəbərlər...

 

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə Açıq Qapı Günü və Məzun Yarmarkası keçiriləcəkdir =>

 

Faydalı keçidlər

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı respublika elmi konfransı keçiriləcəkdir =>

 

 

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İH ilə birgə Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir =>

LDU-da “Mədəniyyət naminə elm“ silsiləsindən

“Mədəniyyət – davamlı inkişafın amili kimi” mövzusunda seminar keçirilib.

 


Respublikanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı elmi seminarı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və məramlarını açıqlayıb, LDU-da bu istiqamətdə görülən işlərdən,yaxın vaxtlarda bu elm ocağında reallaşacaq layihələrdən söz açıb. Natiq İbrahimov belə mötəbər tədbirin məhz LDU-da keçirilməsinə görə iştirakçılar adından nazir Ə.Qarayevə minnətdarlıq bildirib.
Seminarda çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin mövzusunun təsadüfi seçilmədiyini, mədəniyyətlə elmin ayrılmaz olduğunu və bütün ölkələrdə inkişafın bu iki amilə bağlılığını xüsusi vurğulayıb. Ə.Qarayev ölkə başçısı cənab İlham Əliyevin 2017-ci ili İslam həmrəyliyi ili elan etməsini də Azərbaycanda dini-islami dəyərlərə böyük önəm verilməsinin bariz nümunəsi kimi səciyyələndirib.
Elmi seminarda mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin direktoru Asif Usubəliyev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil(ombudsman )aparatının Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov,BDU-nun kafedra müdiri Nadir İsmayılov, AMEA-nın Fəlsəfə İnstitunun aparıcı elmi işçisi Aydın Əlizadə ,Azərbaycan İqtisad Universitetinin dosenti Anar Vəliyev,LDU-nun dosenti Kamal Mahmudov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov və başqalarının məruzələri dinlənilib.Məruzələr ətrafında keçirilən açıq diskussiyada LDU-nun müəllimləri- professor Yədullla Ağazadə, dosent Kamran Kazımov, doktorant Nurlana İsmayılzadə çıxış ediblər.
Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Eyni zamanda LDU-ya müxtəlif adda elmi – metodiki ədəbiyyat hədiyyə edilib.


 

foto 1 foto 2 foto 3 foto 7 foto 8 foto 11 foto 12 foto 14 foto 15 foto 16 foto 17 foto 18 foto 19 foto 20 foto 21 foto 22 foto 23

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator