Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

Tələbələrin nəzərinə:

15 sentyabr 2017-ci il tarixdə LDU-nin 2 saylı tədris korpusunda yeni tədris ilinin başlanmasına həsr olunmuş "Bilik günü" adlı tədbir keçiriləcəkdir. Tədbir saat 08:30-da başlanacaqdır.

 

 

 

LDU-da elmi şuranın iclası keçirilib.


Lənkəran Dövlət Universitetində cari-2017-2018-ci tədris ilində Elmi şuranın ilk iclası keçirilib.Elmi şuranın iclasını LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.Universitet rəsmisi ilk öncə şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və yeni tədris ilində səmərəli fəaliyyət və təhsilin inkişafı naminə uğurlar arzu edib.
Sonra professor Natiq İbrahimov Elmi şuranın gündəliyində duran məsələlər barədə iştirakçıları məlumatlandırıb.Gündəlikdə duran ilk məsələ -Elmi şuranın tərkibinin seçilməsi haqqında tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov açıqlama verib.Birinci tədris ili üzrə magistratura dərslərinin gedişi barədə universitetin elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədovun məlumatı dinlənilib.Şura üzvlərinin nəzərinə çatdırılıb ki,son iki ildə LDU-da tədrisin səviyyəsinin qaldırılması və biliyin qiymətləndirilməsində obyektivliyin təmini istiqamətində aparılan ardıcıl iş səmərəli olub və bu,özünü magistraturaya bu ilki qəbulun nəticələrində də aydın göstərir.Belə ki,bu il magistraturaya qəbul olunan tələbələrin sayı ötən illərlə müqayisədə təqribən 3 dəfə artıq olub.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun “Təcrübələrin keçirilməsi haqqında tərtib olunmuş qaydaların təsdiqi “ barədə məlumatı geniş müzakirələrə səbəb olub, diskussiya zamanı bir çox maraqlı təklif və rəylər səsləndirilib.LDU üzrə dərs yüklərinin müzakirəsi barədə açıqlamanı da dosent İdrak Əsgərov verib.
LDU-da intizam qaydaları barədə intizam komisiyasının sədri dosent Kamran Kazımovun ,iş rejimi və yeni struktur haqqında isə insan resursları və kargüzarlıq şöbəsinin müdiri Allahşükür Quliyevin məlumatları dinlənilib.
Elmi şurada bir sıra cari məsələlərə də baxılıb.Baxılan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
 

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator